FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “İrs-Heritage” jurnalının növbəti buraxılışı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub
7-05-2018, 08:55 | MƏDƏNİYYƏT
“İrs-Heritage” jurnalının növbəti buraxılışı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub

Jurnalın ingilisdilli versiyası - “İrs-Heritage”in növbəti buraxılışı bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Faktlarla zəngin jurnalda arxiv materiallarından və xarici mütəxəssislərin müəllifi olduğu məqalələrdən geniş istifadə edilib, Fransa, Böyük Britaniya, İtaliya, İsrail, Türkiyə və Rusiyadan olan ekspertlərin fikirlərinə xüsusi yer ayrılıb. Müxtəlif başlıqlı məqalələrdə Azərbaycan Xalq Cümhuriyyətinin əsas nailiyyətləri, Milli Təhlükəsizlik Konsepsiyası, Azərbaycanın dövlət müstəqilliyinin tanınması, dövlətçiliyin yaradılması, ordu quruculuğu, mədəniyyət sahəsinin inkişafı, Cümhuriyyətin yaradılmasının təməlində duran şəxsiyyətlər barədə ətraflı məlumatlar əksini tapıb.

Jurnalda 1917-ci ilin fevralından 1918-ci ilin mayınadək olan müddətdə imperial vilayətdən parlament respublikasınadək keçən yola nəzər salınıb, həmin dövrdə cərəyan edən proseslərə toxunulub. Azərbaycan Xalq Cümhuriyyətinin əsas nailiyyətlərindən danışılan məqalədə isə Cümhuriyyətin xəritəsi təsvir olunub, Nazirlər Kabinetinin yaradılmasından bəhs edilib. Bildirilib ki, Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşib, bayraq, himn və gerbi yaradılıb, ana dili dövlət dili elan olunub. “1918-1919-cu illərdə Dövlət Bəyannaməsində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”, “Paris Sülh Konfransında Azərbaycanın dövlət müstəqilliyinin tanınması tarixi”, “Demokratik respublikanın Qarabağ və Zəngəzur uğrunda diplomatik mübarizəsi” və “Qafqaz Ermənistanında qaçqınların məskunlaşması” adlı məqalələrdə Azərbaycanın tarix üzrə fəlsəfə doktorlarının araşdırmaları yer alıb.

Azərbaycanın ordu quruculuğu bölməsində isə bildirilir ki, ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edilib, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılıb. Jurnalda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli Xan Xoyski, parlamentin sədri Əlimərdan bəy Topçubaşov haqqında məqalələr də əksini tapıb. Azərbaycanın zəngin mədəniyyətindən bəhs edilən yazıda isə ecazkar musiqimizdən, dahi bəstəkar Üzeyir Hacibəylinin əvəzolunmaz əsərlərindən, musiqi teatrının inkişafından söhbət açılıb. Həmçinin Azərbaycanın milli rəmzi olan dövlət bayrağı haqqında dolğun məlumat verilib, jurnalda ilk poçt markaları və istifadədə olan əsginaslar çap olunub.

Beynəlxalq jurnalda alman, ingilis, italyan, rus və türk ekspertlərin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məqalələri xüsusi maraq kəsb edir. Britaniyalı ekspert İan Pertin “Həmidə xanım - zamanın və millətinin qadını” məqaləsində vurğulanıb ki, müstəqilliyinin qısa sürməsinə baxmayaraq, həmin dövrdə bir çox mühüm işlər görüldü. Qadınlara seçib-seçilmək hüququnun verilməsini isə xüsusilə qeyd etmək lazımdır.

Alman mütəxəssislər Matias Dornfeldt və Enriko Sivaldın araşdırmalarında isə Azərbaycan Xalq Cümhuriyyətinin Almaniyanın nəzər-nöqtəsində olmasından danışılır. İtaliyali ekspert Daniel Pommier Vinçellinin yazısında İtaliya və Azərbaycanın münasibətlərinə diqqət çəkilir. Jurnala Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan və baş prodüseri Arzu Əliyeva olan “Əbədi ezamiyyət” sənədli filminin ingilis dilinə tərcümə edilən diski də əlavə olunub. Xatırladaq ki, filmdə Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs olunur.(Azərtac)




Baxış sayı: 3 595
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031