Kitabın məsul redaktoru tarix üzrə fəlsəfə doktoru Nemat Pavlonov, rəyçisi professor Utkam Mavlonovdur. Əsərdə rus imperiyasının Orta Asiya və Qafqazda zaman-zaman yürütdüyü siyasət, bu torpaqların ruslar tərəfindən işğalı, erməni daşnaklarının Azərbaycanda və Özbəkistanda həyata keçirdikləri soyqırımılar haqqında məlumat verilir.
Kitabda SSRİ-nin süqutu ərəfəsində Moskvadan göndərilmiş Qdlyan və İvanovun Özbəkistandakı qanunsuz hərəkətləri, yüzlərlə günahsız insanın həbsi, onlara işgəncələrin verilməsi məsələləri də yer alıb.
Topluda Azərbaycanın tarixi, ölkəmizdəki xanlıqlar haqqında söhbət açılır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin ölkəmizdə həyata keçirdikləri soyqırımılar haqqında danışılır.
Xatırladaq ki, bundan əvvəl səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə alimin “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Fərqanədən Qarabağa qədər”, “Qarabağ: ideyalar müharibəsi” və “İdeyalar müharibəsi. Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər” adlı kitabları rus və özbək dillərində işıq üzü görüb. “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabı əsasında “Daşnaklar Fərqanədən Qarabağadək” adlı sənədli film çəkilib.(Azərtac)
Baxış sayı: 1 821
Georgian PM: We want to develop relations with Azerbaijan even further
Friedrich Merz: Germany-Azerbaijan relations are developing dynamically
Foreign Ministry: Azerbaijan repatriates 16 more citizens from Syria
FM Jeyhun Bayramov: De facto peace exists between Azerbaijan and Armenia
President Ilham Aliyev thanked U.S. President Donald Trump

