AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) tərcüməçi, naşir Ağa Həsən Mirzəzadənin topladığı “Milli nəğmələr” kitabı saxlanılır. Kitab 1919-cu ildə Bakıda İran Elektrik mətbəəsində çap olunub. Kitabda A.Səhhət, M.Ə.Sabir, M.Hadi, H.B.Zərdabi və digər ədiblərin şeirləri yer alıb. Onların içərisində sözlərini istiqlal şairi Əhməd Cavadın yazdığı Azərbaycan himni də var. Himnin sözləri kitabda “Vətən marşı” və "CAMO bəy" (Cavad Axundzadə Məhəmmədəli Oğlu) imzası ilə verilib.
Azərbaycan dövlət himninin mətn müəllifi ilə bağlı fərqli fikirlər mövcuddur. Alimlər arasında müzakirə doğuran məsələyə müxtəlif yanaşmalar var. Bu kitabın mövcudluğu – himnin mətn müəllifinin Əhməd Cavad olması mövqeyindən çıxış edənlərin fikrini təsdiq edir. Ərəb qrafikalı əlifba ilə yazılmış kitab Mərkəzi Elmi Kitabxananın Şərq ədəbiyyatı fondunda mühafizə olunur. Kitab MEK-in elektron kataloquna salınıb və rəqəmsallaşdırılaraq Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.(Modern.az)
Baxış sayı: 1 746
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

