ATGTİ-dan AZƏRTAC-a bildiriblər ki, kitabxana aprelin 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində oxucuların istifadəsində olacaq. Daha sonra kitabxana Beyləqan və İmişli rayonlarında fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, martın 12-də “Səyyar kitabxana V” layihəsinin açılışı keçirilib. Layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada beş min kitab və on min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd dildə nəşrlər mövcuddur. Layihənin həyata keçirilməsində məqsəd gənclərin mütaliəyə marağının artırılması, kitabın təbliğatı, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasıdır.
Baxış sayı: 1 759
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

