FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Goranboyda XI-XII əsrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb
9-04-2018, 09:25 | MƏDƏNİYYƏT
Goranboyda XI-XII əsrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb

Ötən ilin sonlarında Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) texniki operatoru olan BP və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arxeoloji abidənin aşkar edilməsi barəsində açıqlama verib və tapıntıların tam təhlil edilməsi üçün tərəflər arasında 2017-ci il dekabrın 14-də qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 7-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və digər rəsmi şəxslər həmin arxeoloji qazıntı sahəsinə səfər edib, memorandum çərçivəsində aparılan əlavə qazıntı və araşdırma işlərinin gedişi ilə maraqlanıblar.

Məlumat verilib ki, tapıntılar Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında, Cənubi Qafqaz Boru Kəmərinin 247-ci kilometrliyində aşkarlanıb. Arxeoloji abidənin tarixi elmi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları əraziyə ezam olunublar. Kərpiclitəpə adlandırılan arxeoloji qazıntı sahəsində 10 nəfər arxeoloqdan və 12 nəfər köməkçi heyətdən ibarət olan ekspedisiya üzvləri tərəfindən ilk dəfə tədqiqat işlərinə başlanılıb. Qısa müddətdə təxminən 2 hektara yaxın abidə ərazisinin 300 kvadratmetrlik hissəsində qazıntı işləri aparılıb və zəngin tarixi-elmi məlumatlar əldə edilib.

Arxeoloji qazıntılar zamanı düzbucaqlı formalı, Aran memarlıq məktəbinə aid qəsrin qala divarları və bürcləri aşkarlanıb. Arxeoloji qazıntı sahəsindən tapılmış maddi-mədəni nümunələrə əsasən müəyyən edilib ki, İpək Yolu üzərində yerləşən bu feodal qəsrində təxminən XI-XII əsrlərdə intensiv yaşayış olub. Lakin mədəni təbəqələrdə rast gəlinən yanıq izləri bu qəsrin təxminən XIII əsrin ortalarına yaxın hansısa qısamüddətli müharibə nəticəsində yandırıldığını və dağıdıldığını söyləməyə imkan verir. Qazıntı işləri zamanı qəsrin daxilində kərpic bişirmək üçün böyük bir kürə, çoxlu sayda otaq, təsərrüfat quyuları, dulus sobaları, təndirlər, həmçinin digər yardımçı tikililər aşkarlanıb. Arxeoloji qazıntılar zamanı ərazidən çoxlu sayda maddi-mədəniyyət nümunələri və müxtəlif heyvan sümükləri üzə çıxarılıb. Məlumat verilib ki, ekspedisiya üzvləri tərəfindən tapılan məişətdə işlədilən müxtəlif formalı şirli və şirsiz gil məmulatlar, şüşə və fayans qablar, çıraqlar, mürəkkəb qabları, numuzimatik materiallar, çəki daşı, bəzək əşyaları - muncuqlar, bilərziklər, su borusu, eləcə də metaldan düzəldilən zəncir, mismar, at nalı və digər çoxlu sayda maddi-mədəni nümunələr qəsrin daxilində vaxtilə sənətkarlığın və ticarətin yüksək səviyyədə inkişaf etdiyini sübuta yetirib.

Bu cür arxeoloji qazıntı sahəsində ilk dəfə olduğunu deyən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, ərazidə aparılan birgə işlər hər iki tərəfin Kərpiclitəpə ərazisində aşkarlanmış tapıntılarla bağlı Azərbaycanın mədəni irsinə dəstək göstərilməsində əməkdaşlıq etmək niyyətini təsdiqləyir.

Vurğulanıb ki, ərazinin elmi-tarixi tədqiqi əhəmiyyətli arxeoloji tapıntılarla bağlı Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədində CQBKŞ-nin götürdüyü öhdəliklərə uyğundur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, BP şirkəti tərəfindən boru xəttinin genişləndirilməsi layihəsi çərçivəsində aparılmış qazıntı işləri nəticəsində aşkar olunmuş abidə Azərbaycan tarixinə və arxeologiya elminə böyük bir töhfədir. Bu vaxtadək şirkət tərəfindən bir neçə dəfə bu cür maddi-mədəni abidələrin aşkar olunduğunu deyən Əbülfəz Qarayev vurğulayıb ki, hər dəfə də beynəlxalq şirkət ölkəmizin tarixi irsinin aşkarlanmasına və onun qorunub gələcək nəsillərə çatdırılması işinə böyük həssaslıqla yanaşıb. Kərpiclitəpə arxeoloji abidəsinin əhəmiyyəti nəzərə alınmaqla və bu tapıntının qorunub saxlanılması üçün kəmər marşrutunun dəyişdirilərək sahənin yanından keçməsi qərarına gəlinib. Həmçinin marşrutun cənub istiqamətinə dəyişdirilməsinin həm texniki, həm də əməyin təhlükəsizliyi baxımından yeganə mümkün variant olduğu müəyyən edilib və hazırda bu istiqamətdə işlər görülür. Proses ərzində isə Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əlaqə saxlanılaraq müntəzəm məlumat verilib.

Nazir qeyd edib ki, bundan sonrakı mərhələdə əsas məqsəd abidənin ətrafında arxeoloji qazıntı işlərini yekunlaşdırmaq, ərazidən aşkarlanan maddi-mədəni nümunələrini qeydiyyata almaq və onların elmi araşdırılmasını təşkil etmək üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlığı gücləndirmək, həmçinin gələcəkdə Kərpiclitəpə arxeoloji abidəsini konservasiya etməkdir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Museyibli çıxışında bildirib ki, belə bir feodal qəsri bu vaxtadək neft-qaz kəmərlərinin dəhlizində heç vaxt aşkar edilməyib. Kərpicli arxeoloji ərazisində aşkar olunmuş feodal qəsri Azərbaycanın orta əsrlər tarixini, eləcə də həmin dövr istehsal mədəniyyətini, sənətkarlıq sahələrini və mədəni-iqtisadi əlaqələrini öyrənmək üçün böyük əhəmiyyət daşıyır.




Baxış sayı: 1 805
Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik Dünən, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür Dünən, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub Dünən, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib Dünən, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30 Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir 19-11-2026, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib 19-11-2026, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach 19-11-2026, 17:30 Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb 19-11-2026, 17:00 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 19-11-2026, 14:30 Azərbaycanda aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir 19-11-2026, 12:30 On ayda sürət həddinin aşılması səbəbindən yol qəzalarında 256 nəfər ölüb 19-11-2026, 12:00 Azərbaycan və Gürcüstan alimləri Nizami və Rustaveli yaradıcılığını birgə tədqiq edirlər 19-11-2026, 10:30 Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq 19-11-2026, 10:00 QHT Agentliyinin 2027-ci il üzrə qrant müsabiqələri elan olunacaq 19-11-2026, 10:00 Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir 18-11-2026, 17:30 Yohan David Vadeful: Azərbaycan Avropa üçün çox önəmli tərəfdaşdır 18-11-2026, 17:30 Nəğmələrdə yaşayan ömür 18-11-2026, 17:00 ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib 18-11-2026, 15:30 “Eternity-2026” təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər 18-11-2026, 12:00 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər 18-11-2026, 11:00 Agentlik sədri: Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır 18-11-2026, 11:00 COVID-19-a yoluxmuş şəxslərdə xəstəliyin hansı fəsadları qalmaqdadır 18-11-2026, 10:00 MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar 18-11-2026, 10:00 Rizvan Nəbiyev: Azərbaycanın xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir 18-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30