"Sən yadıma düşəndə" adlanan konsert proqramında bəstəkarın ən sevilən mahnıları tələbələrin ifasında tamaşaçılara təqdim edilib.
Gecə "Bakının işıqları" mahnısı ilə başlayıb. Daha sonra "Sənsizliyin içində", "O gözlər", "Sevgilim tut əlimdən", "Bilməzdim", "Mən sənin yanına qışda gələrdim", "Sən yadıma düşəndə", "Qurban verərdim", "Səslə məni", "Daha məndə dözüm yox", "Yalan ha deyil", "Unuda bilməzsən", "Gecələr bulaq başı", "Gəl barışaq", Sən bir nəğmə, mən bir nəğmə", "Bağçadan keçmisən", "Mehribanım" kimi biri-birindən gözəl mahnılar musiqisevərlərə həzz dolu gecə bəxş edib.
Elza İbrahimovaya həsr olunan konsert proqramı dillər əzbəri olan, Vətən haqqında mahnı deyəndə ilk yada düşən "Ey, Vətən" mahnısı ilə sona çatıb. Konsert boyu ifaçıları bədii rəhbəri Xalq artisti, professor Zamiq Əliyev olan ADMİU-nun Xalq çalğı alətləri ansamblı müşayiət edib. Konsertin bədii rəhbəri isə Estrada sənəti kafedrasının müdiri Məryəm Babayeva olub. Xatırladaq ki, "Yeni nəsil dəvət edir" layihəsi fevral ayının 8-də Beynəlxalq Muğam Mərkəzində start götürüb və iyul ayına kimi davam edəcək.(525.az)
Baxış sayı: 1 813
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

