Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı davam edir. Festival çərçivəsində martın 10-da Azərbaycan Milli Konservatoriyasında “Qarabağ” muğam qrupunun konserti olub. Gecədə Xalq Artisti Mənsum İbrahimov, Əməkdar Artist Təyyar Bayramov, xanəndələr Aytən Məhərrəmova və Arzu Əliyeva çıxış ediblər. Xanəndələri Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara), eləcə də Süleyman Əliyev (balaban), İdris Hüseynov (ud), Kamran Novruzov (bas tar), Samir Əzimov (bas kamança) müşayiət edib. Xatırladaq ki, martın 14-dək davam edəcək festivalda 15-dən çox ölkə təmsil olunur.
Baxış sayı: 1 691
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

