Martın 7-də Bakıda Heydər Əliyev Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium işinə başlayıb.
Tədbirdə Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, Türkiyə, İran və Özbəkistandan dəvət olunmuş qonaqlar iştirak edirlər. AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə akademiyanın prezidenti, akademik Akif Əlizadə muğam festivalının əhəmiyyətindən danışıb, bu ənənəvi tədbirin ölkəmizin mədəni həyatında əlamətdar hadisələrdən biri olduğunu söyləyib. Bildirilib ki, muğam İslam coğrafiyasındakı xalqların milli mənəvi dəyərlərinin və tarixi-mədəni əlaqələrinin qorunub saxlanmasında və inkişafında müstəsna rol oynayıb. Əsrlərboyu nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda inkişafının ən yüksək mərhələsini yaşayır. Dövlət səviyyəsində mədəniyyət və incəsənətlə bağlı imzalanan rəsmi sənədlər bu sahənin inkişafına böyük təkan verir.
Festival çərçivəsində keçirilən simpoziumun işinə uğurlar arzulayan A.Əlizadə tədbirin AMEA-nın həyatında əlamətdar hadisə olduğunu deyib.
Baxış sayı: 1 794
Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See
Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan

