Tədbir çərçivəsində ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin xanımı Ülviyyə Şikarova və Azərbaycan icması tərəfindən birgə təşkil edilmiş stenddə respublikamızın mədəniyyət və turizm imkanlarına dair materiallar, suvenirlər, xalçalar, şəkillər, milli geyimlər, milli kulinariyamızın dolma, aş, qutab, şəkərbura, paxlava, külçə, şəkərçörəyi kimi nümunələri, həmçinin Azərbaycan kəlağayısı nümayiş olunub və tədbir iştirakçılarına paylanılıb. Həmçinin “Azərsun” şirkətinin istehsalı olan təbii meyvə şirələri də iştirakçılara təqdim edilib.
Stenddə, eyni zamanda, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, işğal nəticəsində ölkəmizin zəngin təbiətinə və mədəniyyətinə vurulan ciddi zərər, böyük humanitar və iqtisadi ziyan, məscidlərin və tarixi abidələrin dağıdılması barədə məlumatları əks etdirən lövhə də quraşdırılıb. Azərbaycan stendi tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Baxış sayı: 1 929
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

