Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türkdilli ölkələrin müstəqilliyinin əldə olunmasının 25 illiyinə həsr olunmuş xatirə medalları azərbaycanlı sənət adamlarına təqdim edilib.
Tədbirdə çıxış edən təşkilatın rəhbəri Düsen Kaseinov bildirib ki, TÜRKSOY-un Azərbaycanla sıx mədəni əlaqələri var: “Azərbaycanla bağlı çoxsaylı tədbirlərimiz olub və bu, gələcəkdə də davam edəcək. Təşkilatın medalı indiyədək Azərbaycandan bir neçə sənətkara təqdim olunub. Biz çox şadıq ki, Azərbaycanda da TÜRKSOY-a yüksək səviyyədə münasibət var. Bilirsiniz ki, bu il türk dünyasında bir sıra əlamətdar hadisələrin ildönümüdür. TÜRKSOY-un 25-ci, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik, eləcə də türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 90-cı ildönümüdür. TÜRKSOY türk xalqlarının mədəni əlaqələrinin gücləndirilməsində əlindən gələni edir. Bu işdə bizə töhfə verən Azərbaycanın sənət adamlarına hər zaman minnətdarıq”.
Türk xalqlarının mədəniyyətinə verdiyi töhfələrə görə Xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev və müğənni Roza Zərgərli təltif olunublar.
Baxış sayı: 1 625
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

