Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir. Muzeydən verilən məlumata görə, bu xalça Qarabağ xalça məktəbinə məxsusdur. 1918-ci ildə Azərbaycan hökumətinin dəvəti ilə bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın qarşısını almaq üçün gələn türk ordusuna minnətdarlıq əlaməti olaraq toxunub. Ölçüsü 190 x 140 sm-dir.
Xalça 1916-cı ildə çəkilmiş bir fotoşəkil əsasında toxunub. Fotoşəkil xalçanın əsas mərkəzi hissəsinə həkk olunub. Xalçanın üzərindəki mətnə əsasən fotoşəkildəkilər bunlardır: “Cənabi-möhtərəm Ənvər bəy əfəndi”, “Cənab Şevkət Paşa həzrətləri”, “Cənab Yusif İzzətdin”, “Sultan V Məhəmməd Rəşad xan həzrətləri”. Xalçanın haşiyələrindən birinə fars dilində yazılmış şeir toxunub.
Baxış sayı: 2 025
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

