“Turan Cavid” Qadın Mərkəzi İctimai Birliyinin (İB) təşkilatçılığı ilə oktyabrın 24-də baş tutan tədbirdə çıxış edənlər Cavidlər ailəsinin üstündən əsən “qara yellər”in tarixin keçilməz dolanbaclarında gözdən itdiyini, həqiqətin zəfər çaldığını bildiriblər.
Tədbirdə İB-nin sədri Sevda Cəfərova dramaturqun həyat və yaradıcılığından söhbət açıb.
Yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanması, onun bizim müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğu xatırlanıb. Böyük Cavidin nəşinin Azərbaycana gətirilərək, doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin Ümummilli Liderin ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız və Cavidlər ailəsi üçün əlamətdar hadisə olduğu söylənilib.
Tədbirdə iştirak edən filologiya üzrə fəlsəfə doktoru Lütfiyyə Əsgərzadə “Hüseyn Cavidin dini, fəlsəfi-əxlaqi, pedaqoji görüşləri” haqqında məruzə ilə çıxış edib, şairin İmam Hüseyn təziyəsinə yazdığı mərsiyəni diqqətə çatdırıb.
Çıxış edənlər ədibin yaradıcılığına yenidən nəzər salmağın vacibliyini vurğulayıb, Hüseyn Cavid sənətinin janr və forma cəhətdən zənginliyindən danışıblar. Bildirilib ki, o, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir.
Sonda Əməkdar artistlər Eyyub Yaqubov və Ramil Qasımov bəstəkar Rəşid Şəfəqin H.Cavidin sözlərinə bəstələdiyi mahnıları ifa ediblər.
Baxış sayı: 2 183
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

