"Mənim Azərbaycanım" adlı konsert proqramında milli rəqslərimiz, eləcə də "Koroğlu" dastanının motivləri əsasında hazırlanmış milli balet təqdim edilib. Konsert Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın İstanbuldakı baş konsulluğu, "Xəzər" Folklor, Təhsil və Araşdırma Mərkəzi - Hazarfem və İstanbulun Küçükçəkməçə rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib. Əvvəlcə torpaqlarımızın bütövlüyü, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan və Türkiyənin dövlət himləri səsləndirilib.
Konsertin aparıcısı Azərbaycan Respublikasının dövlətçilik tarixi, keçdiyi ağır, üzüntülü lakin şərəfli və şanlı həyat yolu, müasir dövrdə dövlətimizin əldə etdiyi böyük nailiyyətlər barədə geniş məlumat verib. Daha sonra Türkiyə Böyük Millət Məclisinin üzvü Nurəddin Aras və Küçükçəkməçə rayon bələdiyyəsinin sədr müavini Rəcəb Şencanın çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri, keçmiş sovetlər birliyi dövründə ölkəmizdə mövcud olan ictimai-siyasi proseslər və Türkiyə ilə münasibətlərdə yaranan məhdudiyyətləri ortaya çıxaran amillər, nəhayət XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası ilə yenidən gerçəkliyini qoruyan Azərbaycan-Türkiyə qardaşlığının hazırkı vəziyyəti, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub.
Baxış sayı: 1 633
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

