FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Leyli və Məcnun” operasının 110 illiyi
15-01-2018, 09:05 | MƏDƏNİYYƏT
“Leyli və Məcnun” operasının 110 illiyi

Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın müsəlman Şərqində ilk operasının - “Leyli və Məcnun”un tamaşaya qoyulmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə muzeydə operanın səhnə həyatının əks olunduğu sərgi ilə tanış olublar. Daha sonra “Leyli və Məcnun” operasından fraqment nümayiş edilib.

Tədbirdə muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Sərdar Fərəcov çıxış edərək milli musiqi tariximizdə silinməz izlər qoyan dahi bəstəkarın zəngin yaradıcılığından danışıb. O deyib: “Leyli və Məcnun” operasının yaranması ilə Azərbaycanda milli musiqili teatrının əsası qoyuldu. Azərbaycan bəstəkarlıq, ifaçılıq sənəti bu opera ilə yanaşı inkişaf etməyə başladı və böyük sənətkarların repertuarlarının yaraşığı oldu. Opera nəinki ölkəmizdə, eləcə də dünyanın müxtəlif ölkələrində səhnəyə qoyuldu və böyük tamaşaçı sevgisi qazandı”. Operanın böyük çətinliklər hesabına ərsəyə gəlməsinə rəğmən böyük uğur qazandığını deyən muzeyin direktoru bundan ruhlanan bəstəkarın daha bir neçə mükəmməl opera və operetta yazdığını bildirib. Qeyd edib ki, bu əsərlər ölkəmizin bəstəkarlıq məktəbinin inkişafına və zənginləşməsinə müstəsna təsir göstərməklə yanaşı, dünya mədəniyyətinə də öz töhfəsini verib: “Azərbaycan ərazisində yaranan bu opera öz coğrafiyasını genişləndirərək Qafqazda, Şərqdə şöhrət tapdıqca həmin xalqların da musiqisinin inkişafına təsir edib. Bunu həmin xalqların musiqiçiləri, bəstəkarları dönə-dönə vurğulayıblar. Bu isə Üzeyir bəyin, ümumilikdə Azərbaycan musiqisinin böyüklüyüdür. Elə bu böyüklük, 110 il əvvəl olduğu kimi, hələ çox yüzilliklər boyu Azərbaycan xalqını müşayiət edəcək”.

Tədbirdə bəstəkarın əsərlərinin böyük əksəriyyətinə səhnə quruluşu verən Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, “Leyli və Məcnun” operasının ikinci tamaşasından etibarən qadın rolunun ifaçısı olan, “Əhməd Ağdamski” təxəllüsü ilə tanınan Əhməd Bədəlbəyovun oğlu, professor Telman Ağdamski, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova, “Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva və başqaları çıxışlarında bəstəkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıblar. Bildirilib ki, bu opera ötən il ərzində bir çox sənətkarların həyatından gəlib keçib, onlara sonsuz tamaşaçı sevgisi qazandırıb. Vurğulanıb ki, ilk Leyli - Əbdülrəhman Fərəcov və ikinci Leyli - Əhməd bəy Ağdamski, adı mədəniyyət tariximizə ilk Məcnunumuz kimi düşmüş Hüseynqulu Sarabski özündən sonra əsl məktəb yaradıb.




Baxış sayı: 1 862
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031