FACT-INFO.AZ » MƏDƏNİYYƏT » "Boy çiçəyi" "Şuşa"da
20-10-2015, 09:20 | MƏDƏNİYYƏT
"Boy çiçəyi" "Şuşa"da

Oktyabrın 13-də Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Rəşid Behbudov adına Mahnı Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin "Boy çiçəyi" pyesini tamaşaya qoyub. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur. Pyesdəki Həsənzadə obrazını Nazir Rüstəmov, Nargiləni Zəhra Salayeva canlandırır, onun anası qismində Püstəxanım Zeynalova və atalığı rolunda Əməkdar artist Azad Məmmədov çıxış edir.

İlk dəfə əlli bir il öncə - 1964-cü ildə səhnə həyatı qazanan "Sən həmişə mənimləsən" yaxud "Boy çiçəyi" pyesi, demək olar ki, hər il teatrların repertuarında ən aktual tamaşalarından olur. Tamaşa başlamazdan əvvəl fikirlərini bölüşən Xalq yazıçısı Elçin Əfəndiyev bu həmişəyaşarlığı belə ifadə etdi: "Boy çiçəyi" Sovet ideologiyasının yox, insan ruhunun, qəlbinin, yaşantılarının məhsuludur. Ona görə də bizdə psixoloji teatrın başlanğıcı hesab edilir".

Maraqlıdır ki, pyesdə, Həsənzadənin dediyi kimi, boy çiçəyi quruyub xəzan olsa da, ətri həmişə qalır. Necə ki, İlyas Əfəndiyevin bu pyesi hər dəfə tamaşaya qoyulanda izləyici auditoriyası əvvəlkindən daha böyük olur. Bu gün də Musiqili Dram Teatrının zalı tamaşaçıların Nargilə sevdalı, Həsənzadə ideallı gözləri ilə dolub-daşırdı.

Mövzusu müasir (hər zaman üçün) həyatdan alınan, məzmunca dolğun , ideyaca humanist, sədaqət və saflıq aşılayan və özündən sonrakı teatr nümunələri üçün cığır açan "Boy çiçəyi" ilk dəfə tamaşaçılara modern üslubda təqdim olundu. Yaradıcı heyət müəllifin ideya və fikirlərinə heç bir xələl gətirmədən, yeni yozumda maraqlı və baxımlı bir tamaşa hazırlayıb.

Səhnə əsərində Ağa Laçınlının şeirlərindən, Tomazo Albinoninin, Yanni Xrisomallisin, Nino Rotanın əsərlərindən və Rəşid Behbudovun ifasında "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısından istifadə olunub. Bir saat iyirmi dəqiqə davam edən tamaşada ifaçılar səhnədə deyil, izləyicilərin gözləri qarşısında, lazım gəldikdə onlarla yanaşı stullarda oturaraq rollarını ifa edirdilər. Sərbəstlik, reallıq, inandırıcılıq və təsirlilik baxımından bu yanaşma mükəmməldir. Avropa ölkələrində teatrlarda bu ənənənin tarixi uzun olsa da, Azərbaycan teatrı tarixində yeni hadisədir. Hər yenilikdə bir qüsur olmasına baxmayaraq, tamaşada kəskin nəzərə çarpan hər hansı bir təcrübəsizlik hiss olunmadı. Əvvəla ona görə ki, "Sən həmişə mənimləsən" pyesi ən çox estafet qazanan səhnə əsəridir. Digər tərəfdən rolların ifaçıları teatr təcrübəsindən uğurla keçmiş aktyor və aktrisalardır. Ən əsası, tamaşanın quruluşçu rejissoru Loğman Kərimov modern mövzuya məntiqi ardıcıllıqla postmodernist detallar əlavə edə bilib. Misal üçün, Həsənzadənin - "Bəs nə oldu?" (sevgilisini nəzərdə tutur) sualına Nargilənin ayaq jesti ilə cavab verməyi, yaxud qulaqcıqla musiqi dinləməyi və ilaxır məqamlar postmodernizmin teatrımıza bəlli ölçüdə sirayət etdiyini göstərir. Dram əsərinin forma, quruluş və məzmununa görə, qrim, geyim, məkanın dizaynı baxımından tamaşanın bu səpkidə - səhnədə deyil, tamaşaçıların yanında oynanılması əlverişli olmasa da, zamanla bu kimi səbəblərin aradan qalxacağını ümid edirik.

Ümumiyyətlə, cəmiyyətə ən güclü təsir vasitəsi teatrdır. Bu gün səhnə əsəri tamaşaçıların dövrəsində oynanılırsa, bu, həmin auditoriyanın gələcəkdə aktyor və ya aktrisa qismində ifaçılara qoşulacağına zəmin yaradır.

 

Xatırladım ki, oktyabrın 6-da İlyas Əfəndiyevin anım günü idi. Görkəmli ədibin vəfatından 19 il ötdü. Elçin müəllimin təbirincə desək, inanırıq ki, bu pyesin məhz Şuşa Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulması Şuşaya qəlbən bağlı olan İlyas Əfəndiyevin ruhunu şad etdi. 




Baxış sayı: 2 550
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib Dünən, 19:00 İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir Dünən, 18:00 Bu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır Dünən, 16:30 Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See Dünən, 16:30 Vətən və Qərbi Azərbaycan Dünən, 15:00 Seyid Yəhya Bakuvi irsinin davamı Dünən, 11:30 Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub Dünən, 11:00 Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər Dünən, 09:30 İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb Dünən, 08:30 Üç Türk dövlətinin “Birliyin Gücü – 2026” hərbi təlimi Dünən, 08:30 Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir 28-09-2026, 21:00 Bir şəhidin xatirəsi 28-09-2026, 20:30 Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir 28-09-2026, 20:30 Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirili 28-09-2026, 19:30 Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 28-09-2026, 19:00 Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex 28-09-2026, 17:30 Dünya mediası Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumundan yazıb 28-09-2026, 10:30 Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib 28-09-2026, 09:30 Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib 28-09-2026, 09:30 Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq 28-09-2026, 08:00 İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   27-09-2026, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 27-09-2026, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb 27-09-2026, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub 27-09-2026, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub 26-09-2026, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib 26-09-2026, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb 26-09-2026, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır 26-09-2026, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930