Konfrans çərçivəsində muğam üzrə məşhur amerikalı mütəxəssis Cefri Verbokun “Muğamın sehri: Azərbaycanın sirli musiqisi” mövzusunda təqdimatı olub. Təqdimat ənənəvi Azərbaycan muğamına əsaslanan, ud, tar və kamança ilə ifa olunan instrumental solo improvizasiyanı, habelə Azərbaycan muğamının nəzəriyyəsi və tarixi haqqında mühazirəni, musiqi ifaçılığı incəliklərini əhatə edib.
Tələbə, akademik və musiqi nəzəriyyəçilərindən ibarət auditoriyanın qarşısında çıxış edən C.Verbok 40 illik tədqiqat təcrübəsindən və muğam ifasından danışıb. Xatırladaq ki, Cefri Verbok ABŞ-ın görkəmli musiqiçilərindən biridir. O, Azərbaycan musiqisinə hələ 1971-ci ildə vurulub və ömrünü onun təbliğinə həsr edib. Tədqiqatçı ABŞ-ın və dünyanın digər ölkələrinin muzeylərində, kolleclərində, universitetlərində və ictimai mərkəzlərində dəfələrlə konsert verib və mühazirələr oxuyub.
Baxış sayı: 2 239
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

