Kitabda türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, XX əsrin başlanğıcından günümüzə qədər davam edən proseslər araşdırılıb, türklər arasında ortaq ünsiyyət dilini formalaşdırmaq üçün əlifba və imla problemlərini həll etmək kimi məsələlər elmi-nəzəri aspektdə tədqiq edilib. Əsərdə türk xalqlarının ortaq və ümumi əlifbaya keçməsi yollarının müəyyənləşdirilməsi, nəzərdə tutulan yeni əlifbada türk dillərindəki ortaq səslər üçün istifadə ediləcək ortaq hərflər, ortaq ünsiyyət dili üçün imla məsələlərinin günümüzdə yenidən aktuallığı öz əksini tapıb. Monoqrafiyadan türkoloq-dilçilər, filologiya fakültələrinin bakalavr, magistr və doktorantları faydalana bilərlər. Monoqrafiyanın elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri professor Elbrus Əzizov, Kamil Bəşirov və Tünzalə Baxşıyevadır.
Baxış sayı: 1 739
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

