FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycan fərqli dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı nadir məkandır
18-12-2017, 09:35 | MƏDƏNİYYƏT
Azərbaycan fərqli dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı nadir məkandır

UNESCO üzrə Gürcüstanın Milli Komissiyasının və Gürcüstanın Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndələri, Azərbaycan, Gürcüstan və Almaniyanın akademik və mədəni dairələrinin təmsilçiləri, ölkəmizin Tbilisidəki səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı Sərəncama müvafiq olaraq bir sıra tədbirlərin və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. O, cari il noyabrın 23-də Parisdə UNESCO-nun mənzil-qərargahında yubiley tədbirinin keçirildiyini vurğulayıb. Elnur Sultanov Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinin qeyd olunmasının Azərbaycan və Gürcüstan tərəfindən Almaniyanın dəstəyi ilə UNESCO-nun 2016-2017-ci illər üçün Yubileylər Proqramına daxil edilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanda tarixən alman ailələrinin məskunlaşmasının ölkəmizdə əsrlər boyu hökm sürən multikultural mühitin və dini tolerantlığın bir nümunəsi olaraq alman mədəni irsinin qorunub saxlanılması üzrə Azərbaycan hökumətinin gördüyü işlərdən danışıb.

Baş katib vurğulayıb ki, Asiya və Avropanın kəsişməsində yerləşən Azərbaycan dünya dinlərinin sülh şəraitində birgə yaşadığı və fərqli mədəniyyətlərin dəyərlərinin və ənənələrinin bir-birini harmonik tamamladığı nadir bir məkandır. Dövlət siyasətinin prioriteti olan multikulturalizmin tərəfdarı kimi ölkəmiz bu sahədə zəngin təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşmək üçün öz səylərini əsirgəmir. Azərbaycan Respublikası ilə UNESCO arasındakı əməkdaşlıqdan söz açan Elnur Sultanov bu il Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyinin qeyd edildiyini bildirib. O, ölkəmizin bu təşkilatla mədəniyyətlərarası dialoqun təşviqi üçün gördüyü işlərdən, bu istiqamətdə həyata keçirilən “Bakı Prosesi”nin əhəmiyyətindən danışıb. Baş katib Prezident İlham Əliyevin 2018-ci ildə “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsinə dair Sərəncamı haqqında da məlumat verib.

Elnur Sultanov Azərbaycan Respublikasının birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın UNESCO ilə Azərbaycan arasında əməkdaşlığın daha intensiv və dinamik səviyyəyə çatmasına, sülh və təhlükəsizlik ideyalarının təşviqi üzrə tərəfdaşlığın yeni üfüqlərinə nail olunmasına dəyərli töhfələrini xüsusi vurğulayıb.

Sonda baş katib hazırkı konfransın Azərbaycan, Gürcüstan və Almaniya arasında akademik mübadiləyə və mədəniyyətlərin daha da yaxınlaşmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Konfransda AMEA-nın Tarix İnstitutunun əməkdaşı İkram Ağasıyev “Azərbaycanda alman koloniyalarında yerli əhali ilə əlaqələri” və Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşı Fəridə Qasımovanın “Azərbaycanda alman arxitekturaları irsi” mövzusunda məruzələri dinlənilib.(Azərtac)




Baxış sayı: 1 636
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031