FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Leyla Əliyeva Qəbələdəki “Poeziya günü”ndə öz şeirlərini səsləndirdi
16-12-2017, 10:10 | MƏDƏNİYYƏT
Leyla Əliyeva Qəbələdəki “Poeziya günü”ndə öz şeirlərini səsləndirdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə dekabrın 15-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində vətənpərvərlik mövzusuna həsr olunmuş “Poeziya günü” keçirilib.

Fact-info.az Azərtac-a isinadən xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ədəbiyyat və mədəniyyət xadimləri, gənc şairlər, həmçinin Qarabağ müharibəsinin Qəbələdən olan veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Poeziya günü”nün açılışında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin şair və yazıçılara diqqət və qayğısından, həmçinin hərbçilərlə görüşlərindən bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən Xalq Şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunun bütün zamanlarda aktual olduğunu, müasir dövrümüzdə isə xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

Gənc şairlər Fərid Hüseynov, Gülnar Qasımlı, Lamiyə İsayeva, Zəhra Bədəlbəyli, Alsu Carçılı, Aynur Nurlu, Heyran Hüseynova və Şahanə Müşfiq müharibə, həmçinin Azərbaycan və Bakı haqqında şeirlərini səsləndiriblər. Şairlərin çıxışları Azərbaycan bəstəkarlarının musiqilərinin sədaları və videogörüntülərlə müşayiət olunub.

“Poeziya günü”nün ideya müəllifi Aynur Nurlu, quruluşçu rejissoru Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının bədii rəhbəri Rövnəq Həsənzadədir. Sonra Leyla xanım Əliyeva özünün “Zəhranın xatirəsinə” və “Bakı” adlı şerlərini oxuyub. Mərasimdə həm də tədbirin aparıcılığı həvalə olunmuş Nigar Həsənzadənin rəhbərliyi ilə “Söz” ədəbi layihəsinin iştirakçıları - Əsgər Novruzov, Leyla Qurbanova, Səbinə Vəlibəyova, Zaur Rəxşan və Firdovsi Rəsul müəllifi olduqları şerləri səsləndiriblər.

Proqram çərçivəsində Xalq Artisti Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Fərqanə Alimqızı və Sevda Ələkbərzadə, Azərbaycan Milli Konservatoriyasının dosenti, pianoçu Naibə Şahməmmədova və Qəbələ Uşaq Xoru zövq oxşayan mahnılar və musiqi ifa ediblər. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin dəstəyi və tövsiyəsi ilə yeni çapdan çıxmış “Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu” təqdim olunub. Leyla xanım Əliyevanın, o cümlədən 47 gənc şairin, ümumilikdə, 61 şerinin yer aldığı kitab iştirakçılara və qonaqlara paylanılıb. Sonda Leyla xanım Əliyeva tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.




Baxış sayı: 1 986
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031