APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, tanınmış musiqiçi, xalq artisti, professor Fərhad Bədəlbəyli bildirib. Çaykovski adına Moskva Dövlət Akademik Filarmoniyasının konsert zalında 70 illik yubileyi qeyd olunan dahi musiqiçi bu günün onun həyatında önəmli bir gün olduğunu söyləyib: "Çox xoşbəxtəm ki, bu gün Moskva Filarmoniyasında mənim çox hörmət etdiyim dahi bəstəkarımız Fikrət Əmirovun əsərləri səsləndi. Çünki mən, Fikrət müəllimlə birgə konsertlər üzərində işləmişəm. Bugünkü konsert proqramında dahi rus bəstəkarı Sergey Raxmaninovun əsəri də ifa olundu. Moskva tamaşaçıları çox diqqətli və eyni zamanda tələbkardırlar".
Qeyd edək ki, bu gün Çaykovski adına Moskva Dövlət Akademik Filarmoniyasının konsert zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, tanınmış musiqiçi, xalq artisti, professor Fərhad Bədəlbəylinin 70 illiyinə həsr olunan yubiley konserti keçirilib. Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, "Roskonsert", Moskva Filarmoniyasının təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutan yubiley konsertinin aparıcısı aparıcısı Rusiyanın xalq artisti Vladimir Berezin olub.
Baxış sayı: 1 736
Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See
Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan

