FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Rəssamların böyük dostu
12-12-2017, 09:40 | MƏDƏNİYYƏT
Rəssamların böyük dostu

Maraqlıdır ki, müxtəlif peşə adamları, o cümlədən də rəssamlar ümummilli liderimiz Heydər Əliyevi özlərinə daha yaxın hesab edirdilər. Onlar bu qahmarlıqda heç də yanılmırdılar. Başqalarını deyə bilmərəm, amma görünür, Heydər Əliyevin Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alması (1939-1941) və rəssamlıqla məşğul olması rəssamlara bunu söyləməyə əsas verir. Sonradan görkəmli siyasi xadim kimi tanınacaq Heydər Əliyevin gözəlliyi duymaq və onu dəyərləndirmək istedadı isə yəqin ki, ona yönəli Tanrı lütfünün göstəricisi idi. 1969-cu ildən Heydər Əliyevin respublikaya rəhbərlik etməsi ona milli təsviri sənətimizin “sosialist ideoloji çərçivəsi” əhatəsində topladığı xoşagəlməz problemlərin həllinə əsaslı təsir göstərməyə imkan verdi desək, yanılmarıq.

Sovet dönəmində Bakı kimi böyük bir şəhərdə bir dənə də müasir tələblərə cavab verən sərgi salonunun yoxluğunu qəbul edə bilməyən Heydər Əliyev ilk növbədə belə bir mədəniyyət mərkəzinin yaradılmasına qərar verdi. Paytaxtın lap mərkəzində Hökumət Evinin yaxınlığında əsasən tanınmış ziyalıların yaşadıqları çoxmərtəbəli yeni binanın iki mərtəbəsində yetmişinci illərin lap əvvəllərində geniş və işıqlı sərgi salonu açıldı. İndi bura Azərbaycan təbiətinin nəğməkarı, Ulu Öndərin dostu olmuş Səttar Bəhlulzadənin adını daşıyır. Burada təşkil olunan maraqlı sərgilərin açılışında şəxsən iştirak edən Heydər Əliyev gördüklərinin qarşılığında əmin oldu ki, respublikamızın çoxsaylı rəssamlarının artıq öz yaradıcılıqlarını nümayiş etdirməyə gözəl salonları var. O, eyni zamanda rəssamların yaradıcılıq şəraitinin yaxşılaşdırılması barədə düşünürdü. Müdrik dövlət rəhbəri əllinci illərin sonunda paytaxtın İnşaatçılar prospektində tikilən “Rəssamlar evi”ndəki emalatxanaların yaradıcılara azlıq etməsindən də yaxşı xəbərdar idi. Odur ki, işi genişləndirməyə sərəncam verdi. Bundan sonra Əhmədli yaşayış massivində, 4-cü mikrorayonda iki beşmərtəbəli dörd bloklu emalatxana - bina inşa olunub rəssamların ixtiyarına verildi. İndi bu binalarda 300-ə qədər rəssam və heykəltəraş yaradıcılıqla məşğuldur. Müstəqillik illərində isə ölkə prezidenti Heydər Əliyev həmin emalatxanaların pulsuz olaraq rəssamların mülkiyyətinə verilməsi üçün sərəncam imzaladı. Bu, heç şübhəsiz, ölkə başçısının yaradıcı insanlara böyük qayğısının ifadəsi idi. Etiraf edək ki, Heydər Əliyev heç vaxt rəssamları zamanın sərt sınağa çəkməsinə imkan verməyib. Sosialist iqtisadi sisteminin dağılmasından sonra onların maddi vəziyyətinin çətinləşməsini həssaslıqla duyan dövlət başçısı rəssamların müxtəlif nəsillərinə xüsusi Prezident təqaüdü təyin etdi, əsərlərin satın alınmasına görə müəyyən olunmuş qonorarların həcmini artırdı, yaradıcılıq ezamiyyətlərinin, xarici ölkələrdə sərgilərin sayının çoxalmasına göstəriş verdi. Bir sözlə, təsviri sənət sahəsində çalışanlara yönəli imzalanan hər bir qərar və sərəncamlar bütünlükdə Azərbaycan incəsənətinin yaşamasına, daha da inkişafına və beynəlxalq təbliğinə köklənmişdi.

Rəssamların yeni nəslinin yetişməsi həmişə Ulu Öndərin diqqət mərkəzində olan məsələlərdən idi. Bakıda Rəssamlıq Kolleci və Mədəniyyət və İncəsənət Universiteti mövcud olsa da o, uzun illər idi ki, paytaxtda gənclərə akademik vərdişləri aşılayan ali təhsil ocağının açılmasını arzulayırdı. Nəhayət, bu istəyini 2000-ci ildə gerçəkləşdirə bildi. Həmin ildən fəaliyyətə başlayan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ötən bu müddətdə yetişdirdiyi istedadlı tələbələrlə yaradıcı nəsillər arasında mənəvi körpünün artıq arzulanan səviyyədə möhkəmləndirildiyini nümayiş etdirməkdədir.

Heydər Əliyev yaradıcı adamların Azərbaycan incəsənətinə verdiyi bədii töhfələri dəyərləndirməyi də önəmli hesab edirdi. Onun ölkəyə rəhbərlik etdiyi uzun müddətdə yüzlərlə fırça və tişə ustası fəxri adların daşıyıcısı olmuş, onlarla yaradıcı isə Dövlət mükafatına layiq görülmüşdür. Sənətkarların milli mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətlər də Heydər Əliyevin nəzərindən qaçmamış və onların xatirəsi layiqincə əbədiləşdirilmişdir. Bu gün Bakının və digər yaşayış məntəqələrinin küçələri Sultan Məhəmməd, Ə.Əzimzadə, S.Bəhlulzadə, K.Kazımzadə,T.Şıxəliyev, S.Salamzadə və b. sənətkarların adını daşıyır. Onların yaşadıqları binaları xatirə lövhələri bəzəyir. Paytaxtda və Əmircan qəsəbəsində Ə.Əzimzadə və Bəhlulzadənin abidlərinin ucaldılması və ev-muzeylərinin təşkili də bu görkəmli sənətkarların xatirəsinə hörmətin nümunəsidir.

Ölkə ictimaiyyəti dövlət başçısının 1994-cü ildə dünya şöhrətli Xalq Rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 85 illiyinə həsr edilmiş təntənəli yubiley yığıncağındakı çıxışını yaxşı xatırlayır. Görkəmli fırça ustasının yaradıcılıq yolunu gözəl təhlil edən Heydər Əliyev sonda demişdi: “Biz Səttar Bəhlulzadənin yubileyini qeyd edərkən bütün incəsənət xadimlərinə, rəssamlarımıza öz hörmət və ehtiramımızı göstəririk. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, XX əsrdə Azərbaycan rəssamlıq məktəbi, Azərbaycan rəssamları dünya miqyasında görkəmli yer tutmuşlar. Bunu bütün dünya rəssamlarının işləri ilə tanış olan bir adam kimi, onlarla müqayisə edərək tam əsaslı deyə bilərəm. Biz bununla fəxr edirik. Bütün rəssamlarımızın əsərlərinə qayğı ilə yanaşmalıyıq və gözəl əsərlər yaratmalarına şərait təmin etməliyik”.

Bizcə, təsviri sənət ustalarımızın beynəlxalq miqyasda tanınmalarına - onların yaratdıqları gözəl sənət nümunələri ilə yanaşı, doğma Azərbaycanımıza Heydər Əliyev kimi sənətə və sənətkara dəyər verən görkəmli bir şəxsiyyətin rəhbərlik etməsi zəmin yaradıb. Odur ki, onun vaxtilə gördüyü bütün xeyirxah işlər incəsənətimizin inkişafına, bütünlükdə isə Azərbaycanımızın tanınmasına və təbliğinə xidmət etdiyi üçün o, zaman-zaman xatırlanacaq, heç vaxt yaddan çıxmayacaqdır. Onun milli mədəniyyət tariximizə saldığı izlər də bu mənada silinməz və əbədidir...

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru




Baxış sayı: 2 049
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031