Azərbaycan ilə bağlı yüksək səviyyədə təşkil olunan festivalda iştirak etmək mənə xüsusi zövq bəxş etdi. Bu gün biz Azərbaycanı fərqli tərəfdən də tanımaq şansı qazandıq. Azərbaycan mədəniyyəti və mətbəxi olduqca qədim və zəngindir.
Fact-info.az Azərtac-a istinadən xəbər verir ki, bu fikri məşhur italiyalı estrada müğənnisi və bəstəkarı Al Bano Karrizi bu ölkədə təşkil olunan birinci Azərbaycan Mətbəxi Festivalının açılış mərasimində deyib.
Azərbaycanın unikal mədəniyyətini, multikultural dəyərlərini bütün dünya ilə paylaşmağa çalışdığını vurğulayan Al Bano deyib: “Düşünürəm ki, dini, milli zəmində münaqişələrin sürətlə artdığı bir dünyada Azərbaycanın dialoq və mədəni dəyərlərin mübadiləsi təşəbbüsləri olduqca aktualdır. Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin zənginliyi məni valeh etdi. Mən üç ay əvvəl Bakıda olmuşam. Azərbaycan xalqının qonaqpərvərliyini öz gözlərimlə görmüşəm. Şərq və Qərb dəyərlərini eyni zamanda yaşadan Bakı məndə unudulmaz təəssürat yaratdı. Yenidən bu unikal şəhərə səyahət edəcəyəm”.
Baxış sayı: 1 631
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

