Noyabrın 27-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə bölgəsində zabitlər üçün inşa edilmiş daha bir yaşayış kompleksinin açılışında iştirak edib.
İki mərtəbəli, 33 yaşayış və yardımçı otaqlardan ibarət zabit yataqxanası kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir standartlara cavab verən yataqxana mebel və digər avadanlıqlarla təmin edilib.
Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, minifutbol meydançası və idman şəhərciyi salınıb, eləcə də hərbi qulluqçuların səmərəli istirahəti üçün digər lazımi şərait yaradılıb.
Müdafiə naziri, general-polkovnik Z.Həsənov yeni inşa edilmiş zabit yataqxanasında yaradılmış şəraitlə tanış olub, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Baxış sayı: 1 733
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted

