Noyabrın 21-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda tanınmış musiqişünas, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarovanın 75 illiyi münasibətilə “Koroğlu” monoqrafiyasının təqdimatı keçirilib.
Monoqrafiya Ü.Hacıbəylinin “Koroğlu” operasının 80 illiyinə həsr olunub. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək Zemfira Qafarovanın musiqi sahəsində xidmətlərindən söz açıb. Bildirib ki, yubilyar pedaqoji fəaliyyətlə yanaşı, elmi axtarışlarını da davam etdirir. Musiqişünas bir sıra bəstəkarlarımızın həyat və yaradıcılığını, əsərlərinin üslub xüsusiyyətlərini qələmə alıb. Onun Ramiz Mustafayevə, Tofiq Bakıxanova, Hacı Xanməmmədova, Şəfiqə Axundovaya həsr etdiyi monoqrafiyaları, Ü.Hacıbəyovun "Koroğlu" operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan "Koroğlu" dərs vəsaiti, eləcə də bir sıra məruzələri Azərbaycan milli musiqisinin təbliğinə xidmət edir.
Yeni əsərin məziyyətlərindən söz açan Bəstəkarlar İttifaqının sədri deyib ki, onun monoqrafiyasında geniş panorama görürük. İdeya məzmunun, musiqi dramaturgiya xüsusiyyətlərinin, müəllif tərəfindən istifadə edilən ifadə vasitələrinin dərin təhlili bəstəkarın estetikasının bir çox əhəmiyyətli cəhətlərini aşkar etməyə imkan verir. Tədbirdə “Avropa” nəşrlər evi yubilyara “İlin ən yaxşı musiqişünas tədqiqatçısı” mükafatını təqdim edib.
Baxış sayı: 1 803
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

