FACT-INFO.AZ » XƏBƏR » Millət vəkili: “Hərbçilər əmin olmalıdır ki, onların ailəsi evlə təmin olunacaq”
22-11-2017, 08:15 | XƏBƏR
Millət vəkili: “Hərbçilər əmin olmalıdır ki, onların ailəsi evlə təmin olunacaq”

“Azərbaycanda müharibə şəraiti davam edir. Sabah müharibə başlayarsa, hərbçilər vətən uğrunda vuruşaraq canından keçməyə hazır olacaq. Lakin həmin hərbçilər əmin olmalıdır ki, onların ailəsi evlə təmin olunacaq”. Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə büdcə müzakirələri zamanı deyib. O qeyd edib ki, Hesablama Palatası qaçqın və məcburi köçkünlərin evlə təmin olunması üçün ayrılan vəsaiti açıqladı: “Lakin biz bilməliyik ki, neçə əlil və şəhid ailəsi ev növbəsindədir. Onların neçəsi evlə təmin olunacaq. Əgər bu barədə açıqlama verilsə, o zaman aydın mənzərə yaranacaq”.

Deputat əlavə edib ki, bu gün 4600 məcburi köçkün qəzalı binada yaşayır: “O qəzalı binalarda yaşayan insanların həyatları riskdədir. Allah insana nə qədər ömür verib ki? Bu barədə düşünmək lazımdır. Elə binalar var ki, hətta orada kişi ilə qadın eyni tualet növbəsində dayanır”. Deputat həmçinin Naxçıvan, İran və Türkiyə ilə birgə yaradılacaq iqtisadi zona məsələsinə diqqət çəkib. O qeyd edib ki, hələ ki bu barədə bir məlumat yoxdur: “Buna aydınlıq gətirilsə yaxşı olardı”.

Q. Həsənquliyev eyni zamandan Naxçıvandakı avtomobil zavodunun rekonstruksiya olunaraq elektriklə işləyən avtomobil zavodu yaradılmasını təklif edib: “Bildiyimiz kimi, hazırkı zavod Çin avtomobili istehsal edir. Lakin bunu heç kim almır. Biz müasir dövrün çağırışlarına uyğun olaraq elektriklə işləyən avtomobillər istehsal edə bilərik. Qabaqcıl şirkətləri bu zavodun tikintisinə cəlb edə bilərik. Həmin avtomobilləri tək ölkə daxilində deyil, bir sıra xarici dövlətlərə, İran, Rusiya və Orta Asiya dövlətlərinə sata bilərik. Artıq Avropada yaxın gələcəkdə benzinlə işləyən avtomobillərdən imtina ediləcək”.

Deputat həmçinin dövlət televiziyasına və İctimai Televiziyaya verilən reklamların özəl televiziyalara verilməsini və onların maddi durumunun bu yolla yaxşılaşdırılmasını təklif edib. O həmçinin alternativ və bərpa olunan enerji agentliyinin ləğv edilərək Energetika Nazirliyinə birləşdirilməsini təklif edib.(Azadinform)




Baxış sayı: 1 658
Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30 Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir 19-11-2026, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib 19-11-2026, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach 19-11-2026, 17:30 Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb 19-11-2026, 17:00 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 19-11-2026, 14:30 Azərbaycanda aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir 19-11-2026, 12:30 On ayda sürət həddinin aşılması səbəbindən yol qəzalarında 256 nəfər ölüb 19-11-2026, 12:00 Azərbaycan və Gürcüstan alimləri Nizami və Rustaveli yaradıcılığını birgə tədqiq edirlər 19-11-2026, 10:30 Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq 19-11-2026, 10:00 QHT Agentliyinin 2027-ci il üzrə qrant müsabiqələri elan olunacaq 19-11-2026, 10:00 Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir 18-11-2026, 17:30 Yohan David Vadeful: Azərbaycan Avropa üçün çox önəmli tərəfdaşdır 18-11-2026, 17:30 Nəğmələrdə yaşayan ömür 18-11-2026, 17:00 ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib 18-11-2026, 15:30 “Eternity-2026” təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər 18-11-2026, 12:00 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər 18-11-2026, 11:00 Agentlik sədri: Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır 18-11-2026, 11:00 COVID-19-a yoluxmuş şəxslərdə xəstəliyin hansı fəsadları qalmaqdadır 18-11-2026, 10:00 MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar 18-11-2026, 10:00 Rizvan Nəbiyev: Azərbaycanın xarici siyasət imkanlarının genişləndirilməsi qarşıdakı dövrün prioritet istiqamətlərindəndir 18-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30