FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Xəzinənin yeni inciləri”
17-11-2017, 10:55 | MƏDƏNİYYƏT
“Xəzinənin yeni inciləri”

Sərgi Azərbaycan Xalça Muzeyinin yaranmasının 50 illiyi çərçivəsində təşkil edilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək muzey əməkdaşlarını təbrik edib. Nazir Azərbaycan xalçasının tarixindən, ölkəmizdə xalçaçılığın inkişafından danışıb: "Xalça bizim mədəniyyətimizin ayrılmaz tərkib

hissəsidir. Xalça ilə bağlı uğurlarımız çoxdur. Dövlət başçısının, ölkənin Birinci vitse-prezidentinin diqqəti və qayğısı nəticəsində bu gün xalçaçılıq sənətimiz dünyada geniş təbliğ edilir. "Azərbaycanın xalçası" sənəti 2010-cu il 15-18 noyabr tarixlərdə Keniya Respublikasının Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin X sessiyasında YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin, Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub. Dövlət başçısan müvafiq göstərişi ilə inşa olunan Azərbaycan Xalça Muzeyinin yeni binasında bu gün ölkəmizin tarixi qorunur. Muzeyin binası paytaxtın ən gözəl memarlıq abidələri sırasındadır. Azərbaycan xalçaçılıq sənətini elmi kitablarda ayrı-ayrı kateqoriyalarda yaşadırıq. Bu gün elmi tədqiqatlar, xalçaçılığa aid elmi kitablar bu sahənin elmi kateqoriyaya aid olduğunu bir daha sübut edir”. Nazir tədbir çərçivəsində ölkə başçısının müvafiq Sərəncamı ilə təltif olunmuş muzeyin bir qrup əməkdaşına fəxri adların nişan və vəsiqələrini təqdim edib.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək son zamanlar rəhbəri olduğu qurumun gördüyü işlərdən, həyata keçirilən layihələrdən, Azərbaycan xalçalarının dünyada tanıdılması və təbliği istiqamətində atılan addımlardan söz açıb. Muzeydə yer alan tarixi eksponatlardan danışan Ş.Məlikova son iki il ərzində muzeyə xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, habelə arxeoloji qazıntılar zamanı tapılan müxtəlif əşyaların daxil olduğunu deyib.

Vurğulanıb ki, eksponatlar içərisində satın alınmış və ya hədiyyə olaraq qəbul edilmiş əşyalara da yer alır. Sərgidə bu siyahıdan olan yeddi dəyərli eksponat təqdim olunub. Onların arasında - incə tərtibatı ilə seçilən zinət əşyaları, nadir milli geyim nümunələri və XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Şirvanda toxunulmuş böyük dəyərə malik “Şamaxı” xalçası da var. Bu xalça hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatları siyahısındadır. Tarixi və bədii dəyəri ilə yanaşı, xalça muzeyin tarixində xarici hərracda əldə olunan ilk eksponat olması ilə maraqlıdır. Xalça 2017-ci ildə Avstriya auksion şirkətindən (AUSTRIA AUCTION COMPANY) əldə edilib.

Diqqətə çatılıb ki, bu xalça öz texniki xüsusiyyətləri, ornamenti, rəng və digər amilləri ilə unikaldır. Onun sıxlığı - kvadrat desimetr üçün 44 x 46 ilmədir. Arğac və əriş ipləri - ipək, xovu - yun, ölçüsü -195 x 430 santimetrdir. Xalça “Bəndi-rumi” və “Xanalı” kompozisiyası əsasında toxunmuş, koloriti isə göy, şəkəri, tünd qırmızı, yaşıl, mavi, qəhvəyi, qara və xardal kimi rəng çalarlarından ibarətdir. Yarpaq, palmetta və "islimi" ornamentlərindən ibarət olan xalçanın kompozisiyası Səfəvilər dövrünün saray xalçalarının ruhunu və Şirvan xalça qrupunun həndəsiləşmiş ornamentlərini əks etdirir.

Sonra Xalça Muzeyinə Heydər Əliyev Fondu adından XVIII əsrə aid Azərbaycan xalçası hədiyyə olunub.

Muzeyin direktoru bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıya görə kollektiv adlından Heydər Əliyev Fondunun prezident Mehriban Xanım Əliyevaya ünvanlanmış təşəkkür məktubunu oxuyub.

Tədbirdə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva və başqaları Xalça Muzeyinin yarım əsrlik tarixi inikas yolundan, ölkəmizdə xalça sənətinin inkişafına göstərilən diqqət və qayğıdan və bu istiqamətə görülən işlərdən söz açıblar. Sonra iştirakçılar sərgi ilə tanış olublar.(Azərtac)




Baxış sayı: 1 652
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib Dünən, 19:00 İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir Dünən, 18:00 Bu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır Dünən, 16:30 Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See Dünən, 16:30 Vətən və Qərbi Azərbaycan Dünən, 15:00 Seyid Yəhya Bakuvi irsinin davamı Dünən, 11:30 Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub Dünən, 11:00 Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər Dünən, 09:30 İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb Dünən, 08:30 Üç Türk dövlətinin “Birliyin Gücü – 2026” hərbi təlimi Dünən, 08:30 Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir 28-09-2026, 21:00 Bir şəhidin xatirəsi 28-09-2026, 20:30 Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir 28-09-2026, 20:30 Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirili 28-09-2026, 19:30 Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 28-09-2026, 19:00 Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex 28-09-2026, 17:30 Dünya mediası Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumundan yazıb 28-09-2026, 10:30 Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib 28-09-2026, 09:30 Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib 28-09-2026, 09:30 Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq 28-09-2026, 08:00 İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   27-09-2026, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 27-09-2026, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb 27-09-2026, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub 27-09-2026, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub 26-09-2026, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib 26-09-2026, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb 26-09-2026, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır 26-09-2026, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930