Azərbaycan Milli Konservatoriyasında (AMK) “Qarabağın səsi” adlı layihəyə yekun vurulub. Final konserti Yunus Əmrə İnstitutu, Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi, Azərbaycan Türkiyə İş Adamları Birliyi və Türk İşbirliyi Koordinasion Agentliyi və Milli Konservatoriyanın birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə AMK-nın rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək layihəyə dəstək göstərən təşkilatlara təşəkkürünü bildirib.
Daha sonra rektor layihə barədə qısa məlumat verib və öz ata-baba yurdlarından uzaq düşmüş qarabağlı istedadların bu işdə qazana biləcəyi uğurları diqqətə çatdırıb.
Konsertdə Azərbaycanın cəbhə bölgələrindən seçilən Qarabağdan olan istedadlı uşaqlar, milli musiqi alətləri və vokal ifaları ilə xalq, bəstəkar və muğamlarımızı səsləndiriblər. Sonda bütün ifaçılara sertifikat və xüsusi hədiyyələr təqdim olunub.
Baxış sayı: 1 596
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

