Bakıda 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Bakı İdman Sarayında dördüncü bayraq festivalı keçirilib. Festivalda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Fövqəladə Hallar, Daxili İşlər və Müdafiə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbçiləri, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra bayraq haqqında videoçarx nümayiş etdirilib.
Tədbirdə, həmçinin Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqlarının tarixinə nəzər salınıb və həmin bayraqlar sərgilənib.
Festivalda Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, bayraq taqımının, xüsusi təyinatlıların nümunəvi çıxışlarından sonra incəsənət ustalarının ifasında konsert proqramı təşkil olunub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Baxış sayı: 1 599
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

