Daşkənddəki səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalının özbək dilində çap edilən “Özünü gətir” və Bakıda Azərbaycan dilində işıq üzü görən “Tiqranizm Xocalıda” kitablarının təqdimatı olub.
Tədbirdə tanınmış şair, yazıçı və alimlər, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak edib.
AMM-nin direktoru Samir Abbasov Eluca Atalının yaradıcılığı haqqında məlumat verib. O deyib ki, yazıçının indiyədək Azərbaycan, Türkiyə, İsveç, Özbəkistan və digər ölkələrdə hekayə, roman, esse, şeir, dram əsərləri və digər janrlarda 18 kitabı çap olunub. Müəllif 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə bağlı həqiqətləri bədiləşdirib oxuculara çatdırır.
Kitabın tərcüməçisi Şermurad Subxon Eluca Atalı ilə əməkdaşlığından söhbət açıb, bundan sonra da bu istiqamətdə əlaqələrin davam edəcəyini bildirib. Eluca Atalı “Daşkənddə çap edilən “Özünü gətir” və Bakıda dərc olunan “Tiqranizm Xocalıda” kitablarının təqdimatını keçirdiklərinə görə S.Abbasova minnətdarlıq edib, İsveçdə Azərbaycan həqiqətlərinin yayılması istiqamətindəki fəaliyyətindən danışıb.
Baxış sayı: 1 926
Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See
Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan

