Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə oktyabrın 18-dən V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu keçirilir. Simpozium çərçivəsində oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “Xalça qrupları və atributları" akademik sessiya təşkil olunub.
Sessiyada Əməkdar İncəsənət Xadimi, professor Kübra Əliyeva, Teppichfreunde Norddeuschland xalça cəmiyyətinin sədri Herbert Exner, “L.Kelaty Limited” şirkətinin məsləhətçisi Devid Kelatinin Azərbaycanın qədim xalçaçılıq sənətinin özəllikləri ilə bağlı məruzələri böyük maraqla dinlənilib.
Qeyd edək ki, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun keçirilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə birgə müvafiq tədbirlər planı hazırlayıb. Simpoziumun əsas tərəfdaşları İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) və 1978-ci ildən nəşr edilən, dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran və geniş oxucu auditoriyasına malik olan “Halı” jurnalıdır.
Baxış sayı: 1 698
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

