FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Akademikin xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib
19-10-2017, 09:50 | MƏDƏNİYYƏT
Akademikin xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli neyrofizioloq alim, akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş “Akademik Hüseyn Həsənov” və “AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyyatı” adlı kitabların təqdimatı keçirilib.

AMEA Mərkəzi Elmi Kitabxanasının və AMEA Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova açıb. L.İmanova MEK-də elm aləmində xidmətləri ilə seçilən, Azərbaycan zəkasını dünya səviyyəsinə çıxaran alimlərin zəngin elmi irsinin, şəxsi kitabxanalarının, sənəd kolleksiyalarının akademik oxucu icmasının diqqətinə təqdim olunmasından, kitabxananın strateji hədəflərindən biri olan Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi çərçivəsində elektronlaşdırılmasından və etibarlı şəkildə gələcək nəsillər üçün mühafizə olunaraq oxucu auditoriyasının istifadəsinə verilməsindən danışıb. O, akademik H.Həsənovun xatirəsinə həsr edilən “AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyatı”nın çap və elektron formatda kitabxanaya təqdim olunmasının önəmini xüsusi qeyd edib. “Əsas məqsədimiz MEK fondlarında mühafizə olunan milli irsimiz, tariximiz, mədəniyyətimiz haqqında mənbələri dünya oxucusunun istifadəsinə verməkdir” – deyən L.İmanova bu istiqamətdə son illər MEK-də həyata keçirilən layihələrə və əldə edilən nailiyyətlərə diqqət çəkib.

Sonra AMEA A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova çıxış edib. Akademik H.Həsənovun fiziologiya sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında böyük rolu olduğunu qeyd edən Ulduz Həşımova alimin keçmiş ittifaq respublikaları ilə, o cümlədən “İnterbeyin” proqramı çər¬çivəsində Rusiya, Macarıstan, Polşa, Çexoslovakiya, Yaponiya, Amerika, İngiltərə və digər ölkələrin elmi-tədqiqat müəssisələri ilə yaratdığı əlaqələrdən bəhs edib. Qeyd edib ki, Akademik H.Həsənovun rəhbərliyi dövründə institutun fəal iştirakı ilə AMEA-da “Baş beynin uyğunlaşma funksiyaları” üzrə Ümumittifaq simpoziumu (1980), İnterbeyin xətti ilə “Axtarış aktivliyi, motivasiya və yuxu” beynəlxalq simpoziumu (1981), Ümumittifaq Fizioloqlarının XXIV qurultayı (1983), Zaqafqazi¬ya Gənc Fizioloqlarının I, IV konfransları (1990, 1992) kimi bir sıra beynəlxalq əhəmiyyətli simpo¬zium və konfranslar keçirilib. Nitqinin sonunda U.Həşimova akademik H.Həsənovun xatirəsinə həsr olunmuş “AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyatı”nın çap və elektron formatda nəşrini kitabxanaya təqdim edib.

Sonra alimin həyat yoldaşı Arifə Həsənovanın dəstəyi və araşdırmaçı yazar Şəlalə Məhyəddinqızının müəllifliyi ilə hazırlanmış “Akademik Hüseyn Həsənov” kitabının video təqdimatı nümayiş olunub. H.Həsənovun elmi fəaliyyətinə həsr olunmuş kitabda alimi yaxından tanıyan iş yoldaşlarının, yaxın dostları olmuş fizioloq həmkarlarının, aspirantlarının xatirələri toplanıb, alimin beynəlxalq konfranslarda iştirakı, qazandığı mükafatlar, arxivində olan sənədlər və fotolar əksini tapıb. Çıxış edənlərdən AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov, AMEA-nın müxbir üzvü Rafiq Qasımov, professorlar Ədalət Fərəcov, Arif Məmmədov, Fəxrəddin Əsgərov, Əli Allahverdiyev, Zakir Məmmədov, Xədicə İsmayılova, Arif Mehdiyev və digərləri Hüseyn Həsənovla bağlı xatirələrini bölüşüb, onun yüksək elmi fəaliyyətinin və şəxsi keyfiyyətlərinin xarakterik cizgilərini yada salıblar.

Sonda alimin həyat yoldaşı Arifə Həsənova və ailə üzvlərindən Rasim Müzəffərli çıxış edərək akademik Hüseyn Həsənova həsr edilmiş hər iki kitabın ərsəyə gəlməsində əməyi olanlara və keçirilən təqdimata görə MEK və AMEA Fiziologiya İnstitutu kollektivinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Hüseyn Heydər oğlu Həsənov 300-dən artıq elmi işin, 5 monoqrafiyanın, mərkəzi sinir sisteminin fiziologiyasına aid dərsliklərin, fiziologiya sahəsinə aid elmi kitabların müəllifi olub. Onun rəhbərliyi altında 5 doktorluq, 40-dan artıq elmlər namizədi dissertasiyası müdafiə edilib. Elmi nailiyyətlərinə görə 1972-ci ildə “Azərbaycan Dövlət mükafatı” na layiq görülüb, 1978-ci ildən başlayaraq Azərbaycanı YUNESKO-da “Beyinin öyrənilməsi” üzrə beynəlxalq təşkilatda təmsil edib. Çoxşaxəli elmi fəaliyyəti nəticəsində H.Həsənov nəinki fi¬ziologiya, eləcə də səhiyyə və fizika sahəsində çalışan alimlərlə elmi əməkdaşlıq edib. Bu da ali sinir fəaliyyətinin patologiyası və psixi sinir pozğunluqlarının müalicəsi üzrə kompleks tədqiqatlar aparılmasına imkan yaradıb. Hüseyn Həsənov yaradıcılığının məhsuldar bir dövründə, 1995-ci ildə 62 yaşında vəfat edib. Xatırladaq ki, akademikin adı fiziologiya sahəsində görkəm¬li mütəxəssislərin daxil olduğu ingilis kataloquna salınıb.

Fact-info.az




Baxış sayı: 2 131
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031