Dənizkənarı Milli Parkda sentyabrın 23-24-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xəzərin sahilində” adlı musiqi festivalı keçiriləcək.
Milli Musiqi Gününə həsr olunmuş festivalda müxtəlif janrlarda ifa edən iyirmidən artıq ifaçı və qrupun iştirakı nəzərdə tutulub.
Azərbaycanda ilk dəfə keçirilən küçə musiqisi festivalı üçün Dənizkənarı Milli Parkda xüsusi yerlər ayrılıb. Burada ifaçılar biri-birini əvəz etməklə öz proqramlarını təqdim edəcəklər. Küçə musiqisi festivalının ən maraqlı məqamlardan biri - səhnələrdən birinin boş saxlanılaraq, istənilən arzu edən şəxsə burada ifa etmək imkanın verilməsi olacaq. Festivalda Azərbaycanın tanınmış ifaçılarının iştirakı, müxtəlif səhnə şoularının təşkili də nəzərdə tutulub.
Festivalda məqsəd Bakıda küçə musiqiçilərinə olan münasibəti daha da yaxşılaşdırmaq və gənclərin musiqi ətrafında toplaşaraq vaxtlarının xoş keçirməsinə nail olmaqdır.
Baxış sayı: 1 650
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

