M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında reallaşan açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış ictimai xadimləri, mədəniyyət və sənət adamları və digər mötəbər qonaqlar iştirak ediblər. Mərasim Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında (orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti Rauf Abdullayevdir) dahi bəstəkarın “Koroğlu” operasından uvertüranın səslənməsi ilə açıq elan edilib. Gecədə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ifasında yerli və xarici bəstəkarların əsərləri təqdim olunub. Qeyd edək ki, sentyabrın 26-dək davam edəcək festival günlərində ümumilikdə 30-dan artıq tədbirin reallaşacağı planlaşdırılıb. Paytaxtımızın müxtəlif mədəniyyət ocaqlarında keçiriləcək bu tədbirlərdə musiqisevərlər Üzeyir Hacıbəyli ilə yanaşı, digər tanınmış bəstəkarlarımızın da əsərlərini dinləyə biləcəklər.
Baxış sayı: 1 607
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

