Bundan əvvəl Berlin və London moda həftələrində nümayiş etdirilən “Qarabağ kolleksiyası” peşəkar modelyerlər, moda üzrə ixtisaslaşan jurnalistlər və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Leoni Mergen “Qarabağ kolleksiyası”nı Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimləri əsasında hazırlanıb. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoni Mergenin kolleksiyasında mühüm rol oynayır. Atçılığın təsiri ilə yaradılmış dəri aksesuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür. Leoni Mergenin mədəniyyətlərarası əlaqəni qeyri-adi formada əks etdirən, eyni zamanda, texniki cəhətdən bacarıqla yerinə yetirilmiş geyim nümunələri hər zaman auditoriya tərəfindən yüksək qiymətləndirilib. “Vogue”, “Sleek”, “C-Heads” jurnallarının səhifələrində “Qarabağ Kolleksiyası” haqqında materiallara geniş yer ayrılıb.
Baxış sayı: 2 190
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

