Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur. Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Fondunun və nazirliyin təşkilatçılığı ilə 2017-ci il sentyabrın 18-dən 26-dək Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. Festivalda Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna, İrandan tanınmış musiqiçilər və kollektivlər, o cümlədən Münxen Simfonik Orkestri, Novosibirsk Filarmonik Orkestri, Rusiya Fortepiano Triosu, Başkənd Akademik Orkestri, Gürcüstan xoru, Eliso Bolkvadze, Plamena Manqova, Sergey Doqadin, Boris Andrianov, Filip Kopaçevski, Ertu Korkmaz, Berdiya Kiyares və başqaları iştirak edəcəklər. Qeyd edək ki, 2009-cu ildən başlayaraq ölkəmizdə ənənəvi keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Festivalın proqramı aşağıda qeyd edilən linkdədir: https://goo.gl/iFPXmi
Baxış sayı: 2 049
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue

