FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Qobustan Milli Tarix Bədii Qoruğunda altı yeni təsvirli daş aşkar edilib
17-08-2017, 10:05 | MƏDƏNİYYƏT
Qobustan Milli Tarix Bədii Qoruğunda altı yeni təsvirli daş aşkar edilib

Cari ilin çöl-tədqiqat mövsümü ərzində Qobustan Milli Tarix Bədii Qoruğunun əməkdaşları Cingirdağ-Yazılıtəpə ərazisində “Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsi” çərçivəsində qayaüstü təsvirlərin qeydiyyatını uğurla davam etdiriblər. Builki çöl tədqiqatların başlanmasından qısa müddət keçməsinə baxmayaraq, qoruğun ərazisində artıq altı yeni təsvirli daş aşkar edilib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində qoruğun əməkdaşı Rəhman Abdullayev deyib. Onun sözlərinə görə, daşlarda aşkar edilmiş 20-dən artıq qayaüstü təsvirlər, əsasən Yazılıtəpə üçün xarakterik olan Tunc dövrünə aid keçi təsvirləri, antropomorflar, maral təsviri və geometrik işarələrdən ibarətdir. Bununla yanaşı, əvvəllər qeydə alınmış qayalarda müasir qeydiyyat metodlarının tətbiqi nəticəsində yeni təsvirlər də qeydə alınıb.

R. Abdullayev bildirib ki, əldə olunan bu nəticələr laboratoriya şəraitində digər daşların eskizlərinin hazırlanması zamanı daha çox yeni təsvirlərin müəyyən ediləcəyini güman etməyə əsas verir.

“Ümumiyyətlə qoruqda ötən ildən qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsinə başlanılıb. Layihənin məqsədi müasir metodlar tətbiq etməklə Qobustan qayaüstü təsvirlərini yenidən sənədləşdirmək, qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasını və yeni kataloqunu yaratmaqdır. İlk olaraq Cingirdağ-Yazılıtəpə sahəsindəki təsvirli daşların sənədləşdirilməsinə başlanılıb. Layihə çərçivəsində Qobustanda ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub. Hər bir təsvirli daşın fotoları çəkilərək, 3D modeli düzəldilmiş, yeni formatda hazırlanmış qeydiyyat vərəqi doldurulmuş, GPS koordinatları, dəniz səviyyəsindən hündürlüyü, ölçüləri, istiqaməti, panel üzərindəki təsvirlərin üst-üstə düşmələri müəyyən edilmiş və yeni rəqəmsal metodla eskizləri çıxarılmışdır. Tədqiqat zamanı müasir metodların tətbiqi nəticəsində yeni təsvirlər aşkar edilib”,- deyə qoruğun əməkdaşı söyləyib.

O əlavə edib ki, 2016-cı ildə tədqiqat layihəsinin ilkin nəticələri albom-kitab şəklində nəşr olunub. Kitabda nəşr olunmuş 14 təsvirli daşın 3-ü 2016-cı ildə çöl-tədqiqatı zamanı aşkar edilib. Bu 3 daşın üzərində ümumilikdə 44 təsvir müəyyən olunmaqla qeydiyyata götürülüb. Digər 11 daşda isə əvvəllər məlum olan 112 təsvirdən əlavə 94 yeni təsvir aşkar edilib. Ümumilikdə bu kitabda nəşr olunmuş 250 təsvirin 138-i yeni aşkar olunandır.

Vurğulanıb ki, yeni tapıntılar Qobustan qayaüstü təsvirlərinin Abşeron və Kiçik Qafqaz qayaüstü təsvirləri ilə əlaqəsi və ümumilikdə Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi üçün yeni imkanlar açır, tariximizin öyrənilməsi üçün tutarlı mənbə kimi istifadə edilir.

 

 

 

 

 

 




Baxış sayı: 1 979
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031