ABŞ-ın Arizona ştatından olan konqresmen Paul Qosar bu münasibətlə iclasda çıxış edib.
Çıxışın nüsxəsi Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna təqdim olunub.
Sentyabrın 18-nin “Üzeyir Hacıbəyli Günü” kimi tanındığını bildirən konqresmen ölməz bəstəkarın Azərbaycan klassik musiqi sənətinin, o cümlədən tarixi-mədəni irsinin formalaşmasındakı rolundan danışıb. O, Ü.Hacıbəylinin həyat və yaradıcılığı, o cümlədən müsəlman dünyasında ilk opera və operettanın banisi olması haqqında məlumat verərək, dahi bəstəkarın ənənəvi Azərbaycan musiqisi və Avropa klassik operasının sintezi əsasında yeni bir musiqi janrı yaratdığını qeyd edib. Vurğulayıb ki, Ü.Hacıbəylinin yaradıcılığı sadəcə musiqi sahəsi ilə məhdudlaşmır, tarixi cəhətdən də böyük önəm kəsb edir. Konqresmen diqqətə çatdırıb ki, savadsızlığın aradan qaldırılması və maarifçilik uğrunda mübarizə aparan Ü.Hacıbəylinin nəinki musiqiçi, həmçinin müəllim və jurnalist kimi fəaliyyəti Azərbaycan sərhədlərini də aşan yeni mədəniyyət hərəkatının yaranmasına təkan vermişdi. P.Qosar dahi bəstəkarın Azərbaycan Xalq Cümhuriyyəti tarixində oynadığı mühüm rol və Azərbaycanın ilk himnini bəstələməsi barədə də məlumat verib. O, Ü.Hacıbəylinin Azərbaycan və dünya musiqi mədəniyyətinə verdiyi dəyərli töhfələrə görə dahi bəstəkarı bu gün anmaqdan şərəf duyduğunu bildirib.
Baxış sayı: 2 328
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

