Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun Lent.az saytının “Kəşfiyyatçının xatirələri” layihəsində yayımlanmış yazıları əsasında hazırlanan “Kod adı: “Rey”” kitabı işıq üzü görüb.
Kitabda müəllifin 2012-2013-cü illərdə Lent.az saytında yayılmış döyüş xatirələri yer alıb. Xatirələr müəllifin 1991-92-ci illərdi Qarabağ müharibəsində iştirakçısı olduğu hadisələrdən bəhs edir.
“Qanun” nəşriyyatında hazırlanıb çap edilən kitabın redaktoru tanınmış şair-publisist Səhər Əhməddir. 250 səhifəlik kitabın illüstrasiyalarının müəllifi Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, rəssam Tərlan Eyvazovdur.
“Lent.az-ın kitabxanasından” silsiləsindən nəşr edilən kitab yaxın günlərdə satışda olacaq. Xatırladaq ki, R.Kərimoğlu 1991-93-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olub. İki dəfə yaralanan R.Kərimoğlunun kəşfiyyatçı kimi çağırış kodu elə öz adı - “REY” olub.
Baxış sayı: 1 802
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

