Füzulu rayonu ərazisində “Son nəfəsədək” adlı Qarabağ həqiqətlərindən bəhs edən yeni tammetrajlı bədii filmin çəkilişlərinə start verilib.
Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissoru Elnur Əliyev, rəssamı Mehriban Əfəndiyeva, redaktoru Kamran Qasımovdur. Filmdə baş rollarda Əməkdar artistlər İlqar Cahangirov, Elşən Rüstəmov, aktyorlar Cavanşir Hadıyev, İlqar Musayev, Vüqar Vəlixanov və başqaları çəkilirlər.
Filmin orijinal tərəflərindən biri, Qarabağ müharibəsinin lap ilkin mərhələsindən Xocalı soyqırımına qədər olan dövrü əhatə etməsidir. Film həmin dövrdə son nəfəsinədək igidlik göstərərək, torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolundan bəhs edir.
Beynəlxalq kino festivallarına təqdimatı nəzərdə tutulan film bu ilin payızında tamaşaçıların ixtiyarına veriləcək.
Baxış sayı: 1 703
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

