FACT-INFO.AZ » MEDİA » 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki
Bu gün, 15:30 | MEDİA
44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki

Bu gün - tariximizin ən şanlı, millətimizin ən qürurlu günü olan 8 Noyabr Zəfər Gününün şərəfinə Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, Azərbaycan dövlətini, xalqımızı və bütün dünya Azərbaycanlılarını böyük qürur və dərin ehtiramla təbrik edir, bu tarixi Zəfərə görə Sizə sonsuz minnətdarlığımızı bildiririk!

Bu Zəfər təsadüf deyildi. Bu, illərlə qurulan dövlətin, güclənən ordunun, birləşən xalqın və qətiyyətli liderliyin məntiqi nəticəsi idi. Azərbaycan 30 il səbr etdi, haqqını danışıqlar masasında axtardı, beynəlxalq hüquqa sadiq qaldı. Amma haqq verilməyəndə, onu almaq lazım gəldi. Və Azərbaycan xalqı haqqını döyüş meydanında, öz qanı, öz canı, öz iradəsi ilə aldı.

44 gün davam edən Vətən müharibəsi bunu bütün dünyaya göstərdi: güclü dövlət olmadan ədalət olmur, güclü ordu olmadan torpaq qorunmur, birlik olmadan qələbə qazanılmır. Bizim qələbəmizin arxasında məhz bu üç güc dayanırdı - dövlət, ordu və xalq birliyi. Ali Baş Komandanın siyasi iradəsi bu birliyi bir yumruğa çevirdi, ordumuzun peşəkarlığı bu iradəni qələbəyə döndərdi, xalqımızın dəstəyi isə bu qələbəni tarixi zəfərə çevirdi.

Şuşanın azad olunması bu müharibənin dönüş nöqtəsi oldu. Çünki Şuşa təkcə strateji yüksəklik deyildi, Şuşa milli kimliyimizin simvolu idi. Şuşanı azad edən millət sübut etdi ki, o, keçmişinə sahib çıxmağı, gələcəyini özü qurmağı bacarır.

Bu gün biz Zəfəri qeyd edərkən, onun qiymətini də unutmuruq. Bu qələbə şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, analarımızın göz yaşı bahasına qazanıldı. Ona görə də bu Zəfər bizim üçün təkcə bayram deyil, həm də böyük məsuliyyətdir. Biz bu məsuliyyəti dərk edirik: azad olunmuş torpaqları yenidən qurmaq, Qarabağı abad etmək, şəhid ailələrinə və qazilərimizə sahib çıxmaq, gələcək nəsillərə bütöv və güclü Azərbaycanı təhvil vermək.

Tanrıdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!
Qələbəmiz əbədi olsun! Bayrağımız daima zirvələrdə dalğalansın!
Biz inanırıq ki, Zəfərlə başlayan bu yol Azərbaycanı daha da güclü, daha da qüdrətli, daha da uca edəcək. Çünki bu millət bir dəfə qalib gəlməyi bacardısa, bir daha heç vaxt məğlub olmayacaq!

Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun Ali Baş Komandanımıza! Yaşasın Müzəffər Azərbaycan! Yaşasın qalib xalq!


44GUNSAVASH.az saytının Baş Redaktoru
AJB-nin üzvü
yazıçı-publisist
Mövsümağa Ədalətoğlu




Baxış sayı: 50
"Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik Bu gün, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki Bu gün, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət Bu gün, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Dünən, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Dünən, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Dünən, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Dünən, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Dünən, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Dünən, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Dünən, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Dünən, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Dünən, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Dünən, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib 5-11-2026, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram 5-11-2026, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30