FACT-INFO.AZ » CƏMİYYƏT » Müstəqilliyimiz qədər dəyərli olan əmanət
7-11-2026, 11:30 | CƏMİYYƏT
Müstəqilliyimiz qədər dəyərli olan əmanət

İnsan övladı hətta uzun müddət ərzində xəyal etdiyi hansısa əşyaya belə sahibləndiyi ilk anlarda yaşadığı duyğu və hisslər tədricən soyuyur, zamanla isə həmin əşyaya münasibət adiləşir. Hamımıza tanış olan bu cür vəziyyət adi sosial-psixoloji qanunauyğunluqdur və burada qeyri-adi hal yoxdur. Mövcud kiçik yazıda isə diqqətinizə çatdırmaq istədiyimiz əsas fikir odur ki, hər-hansı bir böyük uğurun nəticəsində konkret cəmiyyətdə yaşanan emosional birliyi və həmin dövlətin inkişaf dinamikasını söndürmək üçün dünyada birincilik uğrunda mübarizə aparan qüvvələrin polittexnoloq və siyasi mühəndisləri qeyd etdiyimiz qanunauyğunluqdan geniş istifadə edirlər. Təəccüblənməyin, geosiyasi mübarizə hər zaman olub, var və olacaqdır.

Demək olar ki, müharibədən dərhal sonra Azərbaycan cəmiyyəti müxtəlif manipulyasiya və təxribatlar vasitəsilə Qələbənin “oğurlanması” cəhdləri ilə rastlaşmışdır. Bu cür cəhdlər hələ-də davam edir. 44 günlük Vətən müharibəsi zamanı xain xislətli mənbələrdən eşitdiyimiz “Övladlarınızı müharibəyə buraxmayın, bu bir oyundur”, “Həqiqətdə cəbhədə nə baş verir bizə deyilmir”, “Erməni ordusu hücuma keçib və daha böyük əraziləri bizdən alacaq”, “Şəhidlərin əsl sayını bizdən gizlədirlər”, “Övladlarınızı nahaq yerə qurban vermisiniz, Azərbaycanı məcbur edəcəklər ki, müharibə dayandırılsın və azad edilmiş torpaqlar qaytarılsın”, “Avropa öz silahlarını sərhədlərimizə qədər gətirib, onlar ermənilərə kömək edəcək və Azərbaycan məhv olacaq” və s. bu kimi iyrənc, tükürpərdici fikirlərin hamısı məhz Qələbəmizin oğurlanmasına hesablanmış “kirli” siyasi texnologiyaların təzahürü idi. Təəssüf ki, bu cür xain davranışa hələ də rastlaşa bilirik. Tarixi Qələbəmizdən pay qopartmaq istəyənlər də olub. Müharibə gedən günlərdə şəhid ailələrində yaşanan matəm emosiyalarından yaramaz siyasi məqsədlər üçün istifadə etmək istəyənləri də görmüşük. Qələbə gününün özündə belə yaramazlıq axtaranları da yaxşı tanıyırıq. Heç şübhəsiz ki, bu cür davranışının xoş niyyəti ola bilməz.

“8 noyabr” sadəcə təqvimdə qırmız rəngə boyamış bir tarix deyil. “8 noyabr Zəfər Günü” sözləri gözəl xalqımızın tarixinə Vətəni sevən, ona sadiq olan qəhrəman şəhidlərimizin torpağa tökülmüş alov kimi qırmızı olan qan ilə yazılıb. “8 noyabr” mərdliyimizin, qəhrəmanlığımızın, Qalib xalq kimi təkrar oyanmağımızın, ümidlərimizin, əzmkarlığımızın, birliyimizin, milli qürur və fəxarətimizin, habelə vətəndaşlıq və vətənpərvərliyimizin yeni ad günüdür.

Fərd, millət və dövlət olaraq gələcək nəsillər naminə və hamımızın gələcəyi üçün Qələbə hissləri qorumalıyıq. Dünən xəyal etdiyimiz bu gün isə reallığımıza çevrilmiş Qələbəni yaşatmalıyıq. Bu hisslərin millət və dövlətimizin tükənməz enerji mənbəyinə çevirməyi bacarmalıyıq. “Qələbə” məfhumu qalib xalqın siyasi-ictimai təfəkküründə toxunulmaz prioritetə çevrilməlidir. Xalqımız üçün müqəddəs hesab olunan bu hissləri düşüncələrimizdə, yazılarımzda, davranışımızda, işimizə məsuliyyətlə yanaşmağımızda, habelə bir-birimizə olan münasibətlərdə, uşaqlara verdiyimiz tərbiyədə, yaxınlarımıza nümayiş etdirdiyimiz mərhəmətdə və gələcəyimiz ilə bağlı olan niyyətlərimizdə yaşatmalıyıq. Bütün bunlar mütləq olaraq Azərbaycan xalqının ideoloji baxışlarında əks olunmalıdır. Bunun üçün hamımız çalışmalıyıq və buna doğru inamla getməliyik.

Qələbə gözəl və bahalı suvenir kimi alınıb evin bir küncünə qoyulası əşya deyil. Dövlətin, cəmiyyətin və ayrılıqda hər birimizin fərdi uğurları ilə Qələbəyə nəfəs verməliyik, onu güvvətləndirməliyik və yaşatdırmalıyıq. Qələbənin bütün əzəmətini yalnız bu halda duya bilərik. Qələbəyə alışmaq olmaz, bu dövlət və suverenlik isə taleyimizə qismət olmuş əmanətdir. Suverenliyin əzəmətli dadını unutmuş və işğal olunmuş ərazilərdə tənha dolaşan xalqın ruhu Qələbənin sayəsində öz doğma bədəninə qayıtdı. İndidən sonra vəzifəmiz bütün təxribatları ram edərək Qalib xalqa layiq olan tərzdə inamla irəliyə addımlamaqdır. Odur ki, Qələbəmiz müstəqilliyimiz qədər dəyərli olan əmanətdir.

politoloq Asif Adil




Baxış sayı: 110
Bakıda növbəti bal yarmarkası başlayıb Dünən, 21:00 Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir Dünən, 17:30 Bakıda və rayonlarda intensiv yağış yağacaq Dünən, 15:00 Xocalı və Ağdərə rayonlarına növbəti köç Dünən, 14:30 Mirzoyanın müavini Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb Dünən, 14:00 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Dünən, 11:00 Konstitusiya Məhkəməsinin Plenumunda Ali Məhkəmənin müraciəti əsasında qərar qəbul edilib Dünən, 10:30 Müəllimlik peşəsini şərəflə yaşadan Əmirağa Eyyubov Dünən, 09:30 Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli 26-11-2026, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər 26-11-2026, 17:30 Ermənistanın konstitusiya riskləri 26-11-2026, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır 26-11-2026, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir 26-11-2026, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again 26-11-2026, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək 26-11-2026, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür 26-11-2026, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq 26-11-2026, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub 26-11-2026, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30