FACT-INFO.AZ » İQTİSADİYYAT » İKTA regionlar üzrə internet sürətini açıqlayıb
2-11-2026, 11:00 | İQTİSADİYYAT
İKTA regionlar üzrə internet sürətini açıqlayıb

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet xidmətlərinin keyfiyyət göstəricilərinə dair genişləndirilmiş aylıq təhlillərinin sentyabr buraxılışını təqdim edib.

Bu ilin aprel ayından başlayaraq İKTA-nın mütəmadi dərc etdiyi “Sabit Genişzolaqlı İnternet Xidmətləri üzrə Təhlil” hesabatı regionlar üzrə strukturlaşdırılmış formada təqdim olunur.

Yeni yanaşmanın məqsədi regionlar üzrə internet xidmətlərinin vəziyyətini daha şəffaf şəkildə göstərmək, istifadəçi təcrübəsinin müxtəlif coğrafiyalar üzrə müqayisəsini aparmaq və bazarda sağlam rəqabəti və xidmət keyfiyyətinin artırılmasını təşviq etməkdir.

Təqdim olunan göstəricilər istifadəçilərin könüllü şəkildə həyata keçirdiyi ölçmələr əsasında formalaşır və istifadəçi davranışı, cihaz xüsusiyyətləri, şəbəkə şəraiti və ölçmə intensivliyi kimi amillərdən asılı olaraq dəyişə bilər. Bu səbəbdən nəticələr ümumi tendensiyaların qiymətləndirilməsi məqsədilə istifadə olunur.

Bununla da İKTA elektron kommunikasiya və poçt xidmətləri üzrə məlumatəsaslı monitorinq və analitik hesabatlılıq alətlərinin əhatə dairəsini daha da genişləndirib.

Hazırda Agentlik aşağıdakı istiqamətlər üzrə mütəmadi indeks və təhlilləri ictimaiyyətə təqdim edir:

Sabit genişzolaqlı internet xidmətləri üzrə median sürət təhlili;

İnternet xidmətləri üzrə şikayət indeksi;

Operator və provayderlərin müraciətləri orta cavablandırma müddəti üzrə indeks;

Poçt xidmətləri üzrə şikayət indeksi;

Poçt operatorlarının müraciətləri orta cavablandırma müddəti üzrə göstəricilər.

Bu yanaşma telekommunikasiya və poçt sektorlarında şəffaflığın artırılması, istifadəçi təcrübəsinin ölçülməsi və məlumatəsaslı tənzimləmə mexanizmlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

İnternet xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi istiqamətində beynəlxalq təcrübəyə uyğun yanaşmaların tətbiqi və məlumatların analitik əsasda ictimaiyyətə təqdim olunması davam etdiriləcək.




Baxış sayı: 75
COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub Bu gün, 14:30 Media və Yayım Şurası açıqlama yayıb Bu gün, 14:30 Qarabağ təbiətinin şəfa mənbəyi Bu gün, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək Bu gün, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub Bu gün, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib Bu gün, 09:30 Bir əsrin işığında türkologiya Dünən, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Dünən, 18:30 12 noyabr – Konstitusiya Günü Dünən, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Dünən, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb Dünən, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Dünən, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Dünən, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Dünən, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Dünən, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Dünən, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb 11-11-2026, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub 11-11-2026, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib 11-11-2026, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib 11-11-2026, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30