FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub
Dünən, 13:30 | MƏDƏNİYYƏT
“Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub

Noyabrın 1-də Milli Kitabxanada “Füyuzat” jurnalı – 120” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib.

Fact-info.az xəbər verir ki, sərgidə “Füyuzat” dərgisinin tarixi, fəaliyyəti, füyuzatçıların milli-tarixi və ictimai-siyasi xidmətləri, milli ideologiyası haqqında, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

“Füyuzat” jurnalının ilk sayı 1906-cı il noyabr ayının 1-də dərc olunub. İctimai xarakter daşıyan jurnalın il ərzində 32 sayı işıq üzü görüb. “Füyuzat” kəlməsi mənşəcə ərəb sözu olub, mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan zövq almaq deməkdir.

“Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynayıb.

Maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə çap olunan jurnalın baş redaktoru Əli bəy Hüseynzadə idi. Burada dövrünün görkəmli ziyalılarından M.Hadinin, M.Ə.Sabirin, H.Cavidin, S.Səlmasinin, A.Şaiqin, Ə.Kamalın, Ə.Raiqin və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarakterizə olunur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri jurnalın redaktoru Əli bəy Hüseynzadənin müvafiq tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlı olub.

Əli bəy Hüseynzadənin hələ “Füyuzat”ın nəşrindən əvvəl təbliğ və şərh etdiyi “türklük, müsəlmanlıq və avropaçılıq” şüarı, mahiyyət etibarı ilə bu gün ictimai həyatımızda özünə yer tapan “azərbaycançılıq, müsəlmançılıq və müasirlik” doktrinasının yaranmasında mühüm rol oynayıb.

Əli bəy Hüseynzadənin başçılıq etdiyi “Füyuzat” jurnalı və eyni adlı ədəbi cərəyan əsrimizin əvvəllərində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında ciddi xidmətlər göstərib.

“Füyuzat” jurnalını Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu 2007-ci ildə bərpa edib, tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu ilə “Füyuzat”ın davamı kimi 33-cü nömrədən nəfis şəkildə çap etdirməyə başlayıb. Artıq 15 ildir yüksək poliqrafik şəkildə ardıcıl nəşr olunan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir.

Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən Azərbaycan mədəniyyət ocaqlarında Azərbaycançılıq və Turan məfkurəsinin təbliğində əsas rol oynaması ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılandığını deməyə əsas verir.




Baxış sayı: 100
İKTA regionlar üzrə internet sürətini açıqlayıb Bu gün, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Bu gün, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Bu gün, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Bu gün, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Bu gün, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb Dünən, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub Dünən, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub 30-10-2026, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu 30-10-2026, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub 30-10-2026, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb 29-10-2026, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır 29-10-2026, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ 29-10-2026, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb 29-10-2026, 17:30 Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür edib 29-10-2026, 15:30 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb 29-10-2026, 12:30 “Sənət dialoqu” layihəsi çərçivəsində 29-10-2026, 10:56 Xankəndi mühüm beynəlxalq tədbirə ev sahibliyi edir 29-10-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib 29-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30