FACT-INFO.AZ » CƏMİYYƏT » Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır
Bu gün, 12:00 | CƏMİYYƏT
Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır

Milli ideya – xalqı ortaq tarixi yaddaş, milli kimlik, dil, mədəniyyət, mənəvi dəyərlər və gələcək məqsədlər ətrafında birləşdirən ideyalar, prinsiplər və məqsədlər sistemidir. Bu sistem elə bir mənəvi bağlarla möhkəmlənir ki, ona qarşı hər hansı bir mənfi addımı fərd özünə qarşı atılmış hesab edər.

Milli ideologiyası olmayan xalqlar tarixi inkişaf prosesində uğur qazanmaqdan kənarda yaşayaraq tədricən assimilyasiyaya uğrayıb tarix səhnəsindən silinirlər. Bu baxımdan milli ideologiya ilk növbədə dövlətin qorunub saxlanması, güclənməsi və siyasi ambisiyalarının həyata keçirməsi üçün olduqca vacibdir.

Tanınmış ingilis sosioloqu, Kornellsk Universitetinin professoru Benedikt Aderson “Təsəvvür edilən icmalar” əsərində milləti təsəvvür edilən siyasi birlik kimi izah edir. İnsanlar bir-birini şəxsən tanımasalar da, özlərini eyni millətin üzvləri hesab edirlər. Milli ideya insanlarda ortaq mənsubiyyət, birlik və kollektiv kimlik hissi yaradır. Bu hisslər xalqın konsolidasiyanı təmin edir və müqavimət gücü artır. Təsadüfi deyildir ki, tarix boyu Azərbaycan xalqının milli dəyərlərinə qarşı təbliğat aparılıb, insanlara yad ideya təlqin edilib. Azərbaycanın görkəmli dramaturqu Cəlil Məmmədquluzadə “Anamın kitabı” əsərində yad ideyanın təsirinə düşməyin necə ağır fəsadlar verdiyini aydın formada göstərib - xalqa yadlaşmış ziyalıların məslək ayrılığı, soykökündən uzaqlaşmağın acınacaqlı nəticələri, milli müstəqillik və milli birliyin vacib olması və digər aktual problemlər bir evdə baş verənlər. Bir ailənin 3 oğlu müxtəlif ölkələrdə təhsil alıb qayıdırlar. Təhsil aldıqları ölkələrin düşüncə, davranış tərzini, dilini mənimsəyən “qardaşlar” nəinki vətənləri, həm də doğma adamları və bir-biri üçün yad adama çevrilmişlər. “Qardaşların” düşüncəsinə hakim kəsilən yad əqidə onlar üçün milli birlik və vətənpərvərlik anlayışının üstündən qələm çəkmişdir. Məsələn, milli-mənəvi dəyərlərdən üz çevirməyin ailə münasibətlərində doğurduğu acı nəticələr əsərdə daha qabarıq əks etdirilib. Milli-mənəvi dəyərlərə laqeydliyin yaratdığı fəsadları tragikomediyanın bütün epizodlarında ardıcıl müşahidə etmək mümkündür. Təhsildən qayıdan qardaşlar hər biri təhsil aldıqları ölkənin mənafeyinə uyğun əqidə ilə dönmüşlər. Yad ölkələrin dili və əqidəsinə üstünlük vermələri və həmin istiqamətdə fəaliyyət göstərmələri bir ailənin övladlarını ayrı salmışdır. Bacılarına elçi gəldiyi halda qardaşların biri qızı türkə, digəri iranlıya, üçüncüsü isə rusa ərə vermək istəyir. Dövrün ziyalısı problemin nə qədər dərin olduğunu kütləyə bildirib.

Məhz bu fəsadların bir də Azərbaycan xalqı yaşamasın deyə Prezident İlham Əliyev ideoloji təhlükəsizlik məsələsini gündəliyə gətirir ki, bunda əsas var. Bu gün dünyada baş verən qlobal proseslərin fonunda Azərbaycan kimi təbii sərvəti, geosiyasi mövqeyi ilə diqqəti cəlb edir. Xalqı milli mentalitetindən döndərib yad ideyanın təsiri altına salanda o ölkəyə hakim kəsilmək asan olur.

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında nitq söyləyən Prezident İlham Əliyev deyib: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq”.

Ümummilli Lider Heydər Əliyevin “Azərbaycançılıq” ideologiyası, etnik mənsubiyyətindən, dilindən, dinindən və sosial statusundan asılı olmayaraq, Azərbaycanı özünə Vətən bilən bütün insanların hüquq bərabərliyinə və həmrəyliyinə əsaslanır. Bu ideya ətrafında birləşən xalq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağı işğaldan azad etdi.

Tanınmış ABŞ politoloqu, professor Samuel Haninqton “Sivilizasiyaların toqquşması” (mübarizəsi) əsərində yazırdı ki, “Soyuq müharibə”dən sonra dünyada daha çox dövlətlər deyil, sivilizasiyalar bir-biriləri ilə mübarizə aparacaqlar. Hər yerdə olduğu kimi bu mübarizədə də güclülər qalib gəlir. Politoloqun təbrincə “güclü” demək heç də zor tətbiq etmək anlamına deyil, fikir və ideya üstünlüyünün, inam faktorunun olması deməkdir.

Milli ideyaya inam olmasa, onun reallığa çevrilməsi də mümkün olmur. Misal üçün “Böyük Ermənistan” ideyasına həm ölkədə, həm də xaricdə inam olsaydı, bu gün Ermənistan məğlub olmazdı. Ziyalı təbəqə dünyanın siyasi reallıqlarını nəzərə alaraq bu ideyanın həyata keçməyəcəyini və gələcəkdə də ermənilər üçün elə bir imkanın olmayacağını bilirdilər. Lakin siyasi nomenklatura qarşısında aciz idilər.

Klassik alman filosofu Fridrix Niçşe mifi “cəmiyyətin həyatına məna verən qüvvələrdən biridir” hesab edirdi. Lakin bu qüvvəni siyasi ambisiyaların naminə yönəldib, ondan da fayda qazanmaq istəyən siyasi xadimləri cinayətkarlara bərabər tuturdu. Bəli, Ermənistanın indiki və keçmiş rəhbərləri xalqı saxta ideya ilə aldadaraq Qarabağda cinayət törətdilər ki, bu da onlar üçün faciə ilə nəticələndi.

Bundan əlavə, milli ideya xalqın sosial, iqtisadi və elmi inkişafına da müsbət təsir göstərir. Ümumi inkişaf məqsədləri ətrafında birləşən cəmiyyət təhsilə, elmə, innovasiyalara və əmək fəaliyyətinə daha çox önəm verir. Gənc nəslin savadlı, bacarıqlı və milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişməsi ölkənin gələcək uğurlarının əsasını təşkil edir. Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır.

Azərbaycan xalqı üçün milli ideya dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün müdafiəsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərin yaşadılması, güclü və inkişaf etmiş dövlət quruculuğu kimi mühüm məqsədləri özündə birləşdirir. Azərbaycançılıq ideyası müxtəlif mədəniyyətlərə və dünyagörüşlərinə malik insanları vahid Vətən və dövlət ətrafında birləşdirən mühüm mənəvi əsaslardan biridir.

Nəticə etibarilə, milli ideya xalqın yalnız bu gününü deyil, gələcəyini də müəyyən edən mühüm qüvvədir. O, milli birliyi möhkəmləndirir, vətənpərvərlik hissini artırır, milli dəyərləri qoruyur və cəmiyyətin inkişafına istiqamət verir. Milli ideyası güclü olan xalq öz tarixinə sahib çıxır, bu gününü daha inamla qurur və gələcəyə böyük ümidlə baxır. Buna görə də milli ideyanın qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mühüm vəzifəsidir. Azərbaycançılıq ideyası da xalqda məhz bu dəyərləri aşılayır. (Azərtac)




Baxış sayı: 90
“Mənim Abşeronum: Üstə gəl” sərgisi Bu gün, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir Bu gün, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır Bu gün, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm Dünən, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir Dünən, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib Dünən, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue Dünən, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir Dünən, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək Dünən, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub Dünən, 11:30 Ölkə ərazisinin faktiki hava durumu Dünən, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub Dünən, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu Dünən, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub Dünən, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb 29-10-2026, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır 29-10-2026, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ 29-10-2026, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb 29-10-2026, 17:30 Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür edib 29-10-2026, 15:30 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb 29-10-2026, 12:30 “Sənət dialoqu” layihəsi çərçivəsində 29-10-2026, 10:56 Xankəndi mühüm beynəlxalq tədbirə ev sahibliyi edir 29-10-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib 29-10-2026, 09:30 Donald Tramp Hörmüz boğazının adını dəyişərək öz adını vermək niyyətində olduğunu bildirib 29-10-2026, 09:30 Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib 28-10-2026, 20:30 Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib 28-10-2026, 20:30 Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb 28-10-2026, 19:00 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb 28-10-2026, 17:00 FHN radiasiya təhlükəsizliyinə həsr olunan tədbir keçirib 28-10-2026, 12:30 Dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir 28-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031