Qubadlı rayonunda Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə “Eyvazlı” Su Elektrik Stansiyası tikilir.
Fact-info.az bu barədə “AzərEnerji” ASC-yə istinadən xəbər verir.
Məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, “AzərEnerji” tərəfindən inşa edilən stansiya Qubadlı rayonunun tarixində yaradılan ilk su elektrik stansiyası olacaq.
Stansiyanı dayanıqlı su ilə təmin etmək üçün Bərgüşad çayı üzərində ekoloji normalara uyğun baş suqəbuledici qurğu inşa edilib. Mürəkkəb relyef şəraitində uzunluğu 5,3 km məsafədə derivasiya boru xətti çəkilib, maşın zalının tikintisi başa çatdırılıb.
Hazırda stansiyada turbin və generatorların, eləcə də 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğuların montajı həyata keçirilir. İki ədəd Frensis tipli turbinlə təchiz olunacaq “Eyvazlı” SES-də tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur.
“Eyvazlı” SES “AzərEnerji” tərəfindən 2021-ci ildə tikilərək istismara verilmiş 110 kilovoltluq “Qubadlı” yarımstansiyası vasitəsilə ölkənin vahid enerjisisteminə qoşulacaq.
Yeni tikilən SES-in istismara verilməsi ilə Qubadlı rayonu da, işğaldan azad edilmiş ərazilərdə “yaşıl” hidroenerji istehsal edən rayonların sırasına qoşulacaq. Stansiyada ildə 15,6 milyon kilovat-saat ekoloji cəhətdən təmiz “yaşıl enerji”nin istehsalı, 3,5 milyon kubmetr təbii qaza qənaət edilməsi və atmosferə atılan 6400 ton karbon qazı emissiyasının qarşısının alınması nəzərdə tutulur.
Baxış sayı: 70
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
