FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub
Bu gün, 11:30 | MƏDƏNİYYƏT
“23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub

Yazıçı Varisin “Elm və təhsil” nəşriyyatında “23 saat 43 dəqiqə” adlı kitabı işıq üzü görüb. “Heç kəs unudulmur, heç nə yaddan çıxmır” altbaşlığı ilə çıxan 528 səhifəlik kitab unikaldır, burada 2023-cü il sentyabrın 19-20-də keçirilmiş və Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələnmiş lokal antiterror əməliyyatı barədə demək olar ki, bütün məlumatlar öz əksini tapıb.

Fact-info.az xəbər verir ki, kitabda əməliyyatı zəruri edən səbəblər, əməliyyatın saatbasaat gedişi, Azərbaycan Prezidentinin əməliyyatla bağlı çıxışları, müsahibələri, Azərbaycan Ordusunun tərkibi, cəbhələrin təsnifatı, əsas döyüşlər, müharibə canilərinin həbsi, Xankəndiyə üçrəngli Bayrağın sancılması, hərbi ekspertlərin verdiyi qiymət, əməliyyatdan sonra Qafqazın siyasi düzəninin tam dəyişməsi mənzərəsi öz əksini tapıb. Həmçinin əməliyyatda iştirak edən səhra komandirlərindən tutmuş adi əsgərlərə qədər bir çoxlarının şərhləri, mülahizələri, xatirələri yer alır.

Kitab 3 fəsildən ibarətdir; 1-ci fəsil əməliyyataqədərki dövrü və əməliyyatı əhatə edir. 3-cü fəsil əməliyyatdansonrakı prosesləri əks etdirir. Kitabı unikal edən isə 2-ci fəsildir. Burada antiterror əməliyyatında şəhid olan 52 hərbçimizin kimisinin ata-anası, kimisinin bacı-qardaşı, kimisinin həyat yoldaşı, kimisinin övladı kitabın həmmüəllifi ampluasında öz şəhidinin həyat hekayətini təqdim edir.

“23 saat 43 dəqiqə” kitabının Azərbaycanın çağdaş tarixinin bədii-sənədli salnaməsini əks etdirən dəyərli vəsait kimi faydası böyük olacaq, çünki nəşr Azərbaycanın dövlət suverenliyinin tam bərpası prosesini büsbütün tərənnüm etməklə gələcək nəsillərin yaddaşına köçürmək missiyasını yerinə yetirir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üçün elan etdiyi orta qrant müsabiqəsi üzrə AYB-nin Ədəbiyyat Fondunun icra etdiyi “Antiterror əməliyyatı mövzusunda bədii əsərin işlənməsi” layihəsi çərçivəsində nəşr olunmuş kitabın baş rəyçisi Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, polkovnik Cəlil Xəlilov, redaktorları şairlər - Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı və DGTYB başqanı İntiqam Yaşar, fəsil şeirlərinin müəllifi Nigar Həsənzadə, naşiri Akif Şahbazovdur.

Kitabın nüsxələri şəhid ailələrinə, müxtəlif qurumlara, ictimaiyyət nümayəndələrinə hədiyyə ediləcək.




Baxış sayı: 105
Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir Bu gün, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək Bu gün, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub Bu gün, 11:30 Ölkə ərazisinin faktiki hava durumu Bu gün, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub Bu gün, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu Bu gün, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub Bu gün, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb Dünən, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır Dünən, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ Dünən, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb Dünən, 17:30 Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 15:30 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb Dünən, 12:30 “Sənət dialoqu” layihəsi çərçivəsində Dünən, 10:56 Xankəndi mühüm beynəlxalq tədbirə ev sahibliyi edir Dünən, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib Dünən, 09:30 Donald Tramp Hörmüz boğazının adını dəyişərək öz adını vermək niyyətində olduğunu bildirib Dünən, 09:30 Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib 28-10-2026, 20:30 Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib 28-10-2026, 20:30 Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb 28-10-2026, 19:00 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb 28-10-2026, 17:00 FHN radiasiya təhlükəsizliyinə həsr olunan tədbir keçirib 28-10-2026, 12:30 Dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir 28-10-2026, 12:00 Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub 28-10-2026, 11:30 Prezident Bakıda keçirilən İƏT ölkələri korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşünə müraciət ünvalayıb 28-10-2026, 11:00 Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib 28-10-2026, 10:00 Mirzoyan: “TRIPP sülh müqaviləsi imzalanmadan əvvəl işə salına bilər” 27-10-2026, 19:30 Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 27-10-2026, 17:00 Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia 27-10-2026, 16:00 Forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb 27-10-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031