FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb
Dünən, 20:00 | MƏDƏNİYYƏT
“Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini filologiya elmləri doktoru Mehman Həsənlinin “Türk dünyasında roman” monoqrafiyası nəşr olunub.

Fact-info.az-a bu barədə institutdan bildirilib. Monoqrafiyada Türk dünyasında roman janrının meydana çıxması, təşəkkülü və inkişaf mərhələləri 23 türk ədəbi-mədəni arealı üzrə üzrə 100-ə yaxın roman nümunəsi əsasında araşdırılıb. Tədqiqatda Azərbaycan, Türkiyə, Türkmənistan, Qaqauz, Axıska, İraq və Suriyada yaşayan türkmanlar, Şimali Kipr, Balkan türkləri (Bolqarıstan, Şimali Makedoniya və Kosovo), Özbəkistan, Uyğur, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan, Qumuq, Qaraçay-Malkar, Krım, Çuvaş, Saxa və Tuva ədəbi mühitlərində roman yaradıcılığının formalaşması və inkişaf xüsusiyyətləri təhlil edilib. Beş fəsildən ibarət tədqiqatda Türk dünyasının roman ənənəsi Oğuz, Karluk, Qıpçaq, Çuvaş və Sibir türklərinin ədəbi irsi kontekstində sistemləşdirilib. Müəllif ayrı-ayrı türk xalqlarının roman yaradıcılığını tarixi-tipoloji yanaşma əsasında araşdıraraq janrın milli ədəbiyyatlarda formalaşma yollarını və özünəməxsus inkişaf istiqamətlərini müəyyənləşdirib. Monoqrafiyanın Oğuz türklərinin roman ənənəsinə həsr olunmuş fəslində Azərbaycan romanının yaranması və inkişaf mərhələləri, Türkiyə romanında narrativ strukturun təşəkkülü, Türkmən romanında sosial motivlər və tarixi qəhrəman problemi araşdırılıb. Bununla yanaşı, Qaqauz romanında etnogenez, Axıska türklərinin romanında sürgün mövzusu, İraq və Suriya türkmanlarının roman yaradıcılığında milli kimlik, Şimali Kipr və Balkan türklərinin romanlarında tarixi proseslərin bədii inikası təhlilə cəlb edilib. Karluk türklərinin roman ənənəsinə həsr olunan fəsildə özbək romançılığında milli ideya və tarixilik, uyğur romanlarında tarixi xronika və milli təfəkkür məsələləri nəzərdən keçirilib. Qıpçaq türklərinin roman yaradıcılığı isə mifoloji təmayüllər, üslubi transformasiyalar, repressiya, milli özünüdərk, tarixi-sosial problemlər və estetik axtarışlar baxımından araşdırılıb. Fəsildə Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan, Qumuq, Qaraçay-Malkar və Krım türklərinin roman ənənələri təhlil edilib.

Tədqiqatın son fəslində Çuvaş və Sibir türklərinin roman yaradıcılığına diqqət yetirilib. Aleksandr Artemyevin “Salambi”, Nikolay Yakutskayın “Cüzzam və eşq” və Kızıl Enik Kudajının “Tənha bucaq” romanları əsasında bu ədəbi mühitlərdə etnomədəni kontekst, yazılı ədəbiyyatın təşəkkülü, məhəbbət mövzusunun ontoloji semantikası və Tuva nəsrinin ümumtürk ədəbi məkanındakı yeri araşdırılıb. Monoqrafiya Türk dünyasının müxtəlif ədəbi mühitlərində roman janrının təşəkkülü və inkişafını vahid tədqiqat çərçivəsində araşdıran, milli roman ənənələrinin tarixi-tipoloji xüsusiyyətlərini sistemli şəkildə təhlil edən elmi əsərdir. Tədqiqat Türk xalqları ədəbiyyatının tarixi, roman nəzəriyyəsi və müqayisəli ədəbiyyatşünaslıq sahələrində aparılan araşdırmalar üçün elmi mənbə kimi əhəmiyyət daşıyır.




Baxış sayı: 135
Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir Bu gün, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək Bu gün, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub Bu gün, 11:30 Ölkə ərazisinin faktiki hava durumu Bu gün, 10:00 Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub Bu gün, 10:00 Azərbaycanlı məktəblinin beynəlxalq uğuru: Cavanşir Nəsibli 24 ölkə arasında birinci oldu Bu gün, 09:30 Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub Bu gün, 08:00 “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb Dünən, 20:00 Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır Dünən, 20:00 CÜMHURİYYƏTİN İŞIĞINDA AZƏRBAYCAN–TÜRKİYƏ MƏDƏNİ ƏLAQƏLƏRİ: TRAKYA FOLKLORU, MUSİQİSİ VƏ TARİXİ İRSİ Dünən, 17:30 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb Dünən, 17:30 Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 15:30 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb Dünən, 12:30 “Sənət dialoqu” layihəsi çərçivəsində Dünən, 10:56 Xankəndi mühüm beynəlxalq tədbirə ev sahibliyi edir Dünən, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib Dünən, 09:30 Donald Tramp Hörmüz boğazının adını dəyişərək öz adını vermək niyyətində olduğunu bildirib Dünən, 09:30 Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib 28-10-2026, 20:30 Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib 28-10-2026, 20:30 Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb 28-10-2026, 19:00 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb 28-10-2026, 17:00 FHN radiasiya təhlükəsizliyinə həsr olunan tədbir keçirib 28-10-2026, 12:30 Dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir 28-10-2026, 12:00 Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub 28-10-2026, 11:30 Prezident Bakıda keçirilən İƏT ölkələri korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşünə müraciət ünvalayıb 28-10-2026, 11:00 Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib 28-10-2026, 10:00 Mirzoyan: “TRIPP sülh müqaviləsi imzalanmadan əvvəl işə salına bilər” 27-10-2026, 19:30 Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 27-10-2026, 17:00 Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia 27-10-2026, 16:00 Forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb 27-10-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031