Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə bölgədə “Mədəniyyət rüzgarı” adlı silsilə tədbirlər davam etdirilir.
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Sənət dialoqu” layihəsi çərçivəsində Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının dosenti tarzən Elçin Həşimovla ustad dərsi formatında görüş keçirilib.
MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxışında layihə barədə məlumat verib. Bildirib ki, tanınmış sənət nümayəndələri ilə yaradıcı gənclər arasında təcrübə mübadiləsinin genişləndirilməsinə, milli mədəni irsin təbliğinə xidmət edən layihə eyni zamanda regionlarda musiqi sənətinin inkişafına dəstək vermək məqsədilə həyata keçirilir.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Fuad Orucov layihənin Xaçmazda təşkilinə görə MEMİM-ə təşəkkürünü bildirib və bu kimi maarifləndirici tədbirlərin xüsusilə uşaq və gənclər üçün çox əhəmiyyətli olduğunu deyib.
Daha sonra MEMİM-in sektor müdiri Nicat Həsənzadənin moderatorluğu ilə davam edən görüşdə Xalq artisti Elçin Həşimov gənc ifaçıların həm ixtisas, həm də nəzəri biliklərinin artırılması məsələlərindən danışıb, milli musiqi sənətinin inkişafı, tar ifaçılığının özünəməxsus xüsusiyyətləri və bu sənətin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Görüş Xalq artisti Elçin Həşimovun, Xaçmaz şəhər Uşaq Musiqi Məktəbinin şagirdi Hüseyn Cəfərovun, Quba şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi Polad Əmirbalayevin, eləcə də Azərbaycan Milli Konservatoriyasında E. Həşimovun sinfində təhsil alan Mehdi Sadıqzadə, Araz Qasemi və Fateh İskəndərin (nağarada Siyavuş Kərimovun müşayiəti ilə) çıxışları ilə davam edib.
İnteraktiv formatda keçirilən görüşün sonunda Elçin Həşimov görüş iştirakçılarının suallarını cavablandırıb.
Baxış sayı: 65
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
