FACT-INFO.AZ » XƏBƏR » Donald Tramp Hörmüz boğazının adını dəyişərək öz adını vermək niyyətində olduğunu bildirib
Bu gün, 09:30 | XƏBƏR
Donald Tramp Hörmüz boğazının adını dəyişərək öz adını vermək niyyətində olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını dəyişərək “Tramp boğazı” adlandırmaq niyyətində olduğunu bir daha bəyan edib.

Fact-info.az xəbər verir ki, o, ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bu barədə danışıb.

“Düşünürəm ki, biz onun adını “Tramp boğazı” qoyacağıq”, – deyə ABŞ Prezidenti bildirib. O, Meksika körfəzinin adının “Amerika körfəzi”, Ontario gölünün adının isə “Amerika gölü” olaraq dəyişdirilməsini xatırladaraq, bu dəfə zarafat etmədiyini vurğulayıb.

Tramp, həmçinin hazırda Hörmüz boğazından yeddi ay əvvələ nisbətən daha çox neft daşındığını deyib. O, İranla münaqişə başa çatdıqdan sonra neftin və benzinin qiymətlərinin azalacağını vəd edib.

Qeyd edək ki, Tramp daha əvvəl Meksika körfəzinin “Amerika körfəzi”, Ontario gölünün isə “Amerika gölü” adlandırılması ilə bağlı sərəncamlar imzalayıb.




Baxış sayı: 80
“Sənət dialoqu” layihəsi çərçivəsində Bu gün, 10:56 Xankəndi mühüm beynəlxalq tədbirə ev sahibliyi edir Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib Bu gün, 09:30 Donald Tramp Hörmüz boğazının adını dəyişərək öz adını vermək niyyətində olduğunu bildirib Bu gün, 09:30 Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib Dünən, 20:30 Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib Dünən, 20:30 Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb Dünən, 19:00 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb Dünən, 17:00 FHN radiasiya təhlükəsizliyinə həsr olunan tədbir keçirib Dünən, 12:30 Dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir Dünən, 12:00 Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub Dünən, 11:30 Prezident Bakıda keçirilən İƏT ölkələri korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşünə müraciət ünvalayıb Dünən, 11:00 Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib Dünən, 10:00 Mirzoyan: “TRIPP sülh müqaviləsi imzalanmadan əvvəl işə salına bilər” 27-10-2026, 19:30 Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 27-10-2026, 17:00 Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia 27-10-2026, 16:00 Forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb 27-10-2026, 16:00 Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib 27-10-2026, 12:00 Yeni texnologiyalar işçi qüvvəsinin bacarıqlarına dair tələbləri dəyişdirir 27-10-2026, 12:00 “Qazax ədəbiyyatı tarixi” kitabının təqdimat mərasimi 27-10-2026, 11:30 “Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş 27-10-2026, 11:30 Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil 27-10-2026, 11:00 Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır 27-10-2026, 10:30 Bakıda Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinə həsr olunmuş panel təşkil edilib 26-10-2026, 20:30 Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib 26-10-2026, 20:30 Şəhid övladları və qazilər “44” bədii filmini izləyiblər 26-10-2026, 20:30 Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik” 26-10-2026, 19:30 Azərbaycanda bu il 276 minə yaxın daşınmaz əmlak çıxarışla təmin edilib 26-10-2026, 17:00 QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilir 26-10-2026, 13:30 Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə 26-10-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031