FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb
Dünən, 17:00 | XƏBƏR
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb

Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Azərbaycan Respublikası “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə əməkdaşlığı haqqında Məkkə əl-Mükərrəmə Konvensiyası”nı imzalayıb.

Fact-info.az xəbər verir ki, Konvensiya Azərbaycan Respublikası adından Baş prokuror Kamran Əliyev tərəfindən imzalanıb.

İmzalanma mərasimində İƏT-in Baş katibi İsmail Uld Şeyx Əhməd iştirak edib.

Mərasimdə çıxış edən Baş prokuror korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında beynəlxalq əməkdaşlığın, dövlətlər arasında operativ məlumat mübadiləsinin və hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Baş prokuror, həmçinin, tədbir iştirakçılarına müraciət edərək İƏT üzv dövlətlərini Konvensiyaya qoşulmaq, onun imzalanması və ratifikasiyası istiqamətində zəruri tədbirləri həyata keçirməyə, eləcə də bu istiqamətdə fəal mövqe nümayiş etdirməyə çağırıb.

Qeyd edək ki, Məkkə əl-Mükərrəmə Konvensiyası İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən səlahiyyətli hüquq-mühafizə orqanları arasında əməkdaşlığın hüquqi əsaslarını müəyyən edən beynəlxalq sənəddir.

Konvensiyanın əsas məqsədi korrupsiya cinayətlərinin qarşısının alınması və aşkar edilməsi, onların araşdırılması və təqibi sahəsində dövlətlərarası əməkdaşlığın gücləndirilməsi, eləcə də müvafiq qurumların fəaliyyətinin əlaqələndirilməsidir.

Sənəd çərçivəsində korrupsiya cinayətləri ilə bağlı məlumatların və sübutların mübadiləsinin, qarşılıqlı hüquqi yardımın, istintaq tədbirləri üzrə əməkdaşlığın, texniki dəstək və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, korrupsiya yolu ilə əldə edilmiş aktivlərin müəyyənləşdirilməsi, izlənilməsi, dondurulması, müsadirəsi və mənşə ölkəsinə qaytarılması istiqamətində əməkdaşlığın gücləndirilməsi Konvensiyanın mühüm məqsədlərindəndir.

Konvensiyanın imzalanması Azərbaycanın İƏT çərçivəsində antikorrupsiya əməkdaşlığının inkişafına, beynəlxalq hüquqi əlaqələrin genişləndirilməsinə və korrupsiya cinayətlərinin transsərhəd xarakterindən irəli gələn çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsinə verdiyi önəmin növbəti ifadəsidir.

Qeyd edək ki, Azərbaycanla yanaşı tədbir çərçivəsində Tacikistan Respublikası da konvensiyanı imzalayıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbirdə 46 üzv dövlətlərin və müşahidəçi ölkələrin, eləcə də, 8 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 250-dən çox şəxs iştirak edir. İştirakçılar arasında müstəqil antikorrupsiya qurumlarının rəhbərləri və nazirlər olmaqla 40-dan çox yüksəkvəzifəli şəxs yer alır.




Baxış sayı: 65
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib Dünən, 20:30 Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib Dünən, 20:30 Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb Dünən, 19:00 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb Dünən, 17:00 FHN radiasiya təhlükəsizliyinə həsr olunan tədbir keçirib Dünən, 12:30 Dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir Dünən, 12:00 Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub Dünən, 11:30 Prezident Bakıda keçirilən İƏT ölkələri korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşünə müraciət ünvalayıb Dünən, 11:00 Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib Dünən, 10:00 Mirzoyan: “TRIPP sülh müqaviləsi imzalanmadan əvvəl işə salına bilər” 27-10-2026, 19:30 Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 27-10-2026, 17:00 Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia 27-10-2026, 16:00 Forumda Azərbaycanın mədəni irsin qorunmasına və sülhün təşviqinə töhfələri vurğulanıb 27-10-2026, 16:00 Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib 27-10-2026, 12:00 Yeni texnologiyalar işçi qüvvəsinin bacarıqlarına dair tələbləri dəyişdirir 27-10-2026, 12:00 “Qazax ədəbiyyatı tarixi” kitabının təqdimat mərasimi 27-10-2026, 11:30 “Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş 27-10-2026, 11:30 Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil 27-10-2026, 11:00 Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır 27-10-2026, 10:30 Bakıda Azərbaycan-İraq-türkman ədəbi əlaqələrinə həsr olunmuş panel təşkil edilib 26-10-2026, 20:30 Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib 26-10-2026, 20:30 Şəhid övladları və qazilər “44” bədii filmini izləyiblər 26-10-2026, 20:30 Professor Nuru Bayramov: “Tarixi zəfərimizə şahid olduq, töhfə verdik” 26-10-2026, 19:30 Azərbaycanda bu il 276 minə yaxın daşınmaz əmlak çıxarışla təmin edilib 26-10-2026, 17:00 QHT-lər üçün növbəti qrant müsabiqəsi elan edilir 26-10-2026, 13:30 Türkiyə - Azərbaycan arasında mövcud əlaqələrə növbəti töhfə 26-10-2026, 11:30 Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq üçün institusional platformadır 26-10-2026, 10:00 “Euronews” Azərbaycanın AQEM-ə sədrliyi və təşkilatın regional əməkdaşlıqdakı rolu barədə videosüjet hazırlayıb 26-10-2026, 09:30 Hikmət Babaoğlu: Qubadlının azad edilməsi Laçına və Şuşaya doğru irəliləyişdə mühüm strateji mərhələ oldu 26-10-2026, 09:30 Fiziki fəallıq diqqəti cəmləmək qabiliyyətini artırır 24-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031